Tarladan 450 illik qəpik tapıldı (FOTO)
Bizi izləyin

Bilgi.az

Tarladan 450 illik qəpik tapıldı (FOTO)

Britaniyada həvəskar "dəfinə ovçusu" Nottinqemşirdəki (Nottinghamshire) tarladan olduqca nadir qədim qəpik tapıb.

ANS PRESS-in xəbərinə görə, Con Stonerin ferma ərazisindən tapdığı 3 pennilik qəpik 1652-ci ildə buraxılıb.

Həmin qəpiyin yaxın zamanda 1.6 milyon dollara hərraca çıxarılacağı gözlənilir.

Britaniya qanunlarına görə tək tapılan əntiq qəpik, dəfinə kateqoriyasına aid edilmir ona görə də satışdan əldə olunan gəlir, onu tapan şəxsə çatacaq.

Stouner hərracda satışdan əldə olunacaq vəsaitin yarısını qəpiyin tapıldığı tarlanın yiyəsinə vermək niyyətindədir.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm