• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Saç rənginə əsasən qocalıq

  • Maraqlı
  • 8 Sentyabr 2014 12:47
  • 635 Baxış
Saç rənginə əsasən qocalıq

Yeni aparılmış tədqiqatın nəticələrinə görə, kürən qadınların saçları 30 yaşından sonra ağarmağa başlayır. Qaraşın qadınlar 32, sarışınlar isə 35 yaşdan etibarən ağ tellərə sahib olurlar.

"Charles Worthington Instant Root Concealer" saç məhsulları şirkəti saçların ağarmasını qadınların həyatında ən ağır dövr kimi qiymətləndirir. Saç ağardıqdan sonra qadınların 33 faizi qocaldığını hiss edir, 13 faizi isə bundan utanırlar.

Qadınların beşdə biri isə saçında ilk dəfə ağ tel tapdıqdan sonra şok keçirdiklərini deyiblər. Ağ saçları gizlətmək üçün qadınların 88 faizi rəng boyasından istifadə edir. Qadınların 32 faizi isə ömürlərinin sonunadək saçlarını rəngləməkdən imtina edirlər. Ağ saçlı qadınların bir qismi bunu təbii hal kimi qarşılayaraq, ağ tükləri müdriklik əlaməti sayırlar.

Saçını boyamaqla "qüsurunu" ört-basdır etməyə çalışan qadınlar 68 yaşdan sonra boyadan imtina edirlər.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR