• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kürənlər bir arada – FOTOLAR

  • Maraqlı
  • 8 Sentyabr 2014 15:18
  • 576 Baxış
Kürənlər bir arada – FOTOLAR

Hər il sentyabrın ilk həftəsonunda minlərlə kürənsaçlı insan Hollandiyada Kürənsaçlılar festivalına ("The Readhead Festival") toplaşır.

Beynəlxalq festival dünyanın müxətlif yerlərindən olan kürənləri Hollandiyanın Breda şəhərində bir araya gətirir.

Yerli dildə Roodharigendag adlanan festivalına toplaşana kürən saçlı insan topası sanki qızıl payızı xatırladır. Festivalda musiqi, piknik, dəb nümayişi qaraşınların və sarışınların iştirakı olmadan keçirilir. Festivala qoşulan kürənlər daha çox Böyük Britaniya, ABŞ, Avstraliya və Almaniyadan gəlirlər.

Festival 2005-ci ildən etibarən keçirilir. Hollandiyalı rəssam Bart Rouvenhorst 15 kürənsaçlının şəklini çəkmək istəyib. Bunun üçün o, kürənsaçlı model axtarışına çıxıb. Onun müraciətinə 150 nəfər müsbət cavab verib.

Tədricən bu ənənə festival halını alaraq, 5 minədək kürən insanı bir araya gətirib.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR