Ən uzunömürlü xalq – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ən uzunömürlü xalq – FOTOLAR

Hunza çayının (Hindistan və Pakistan sərhədi) vadisini "cavanlıq vahəsi" adlandırırlar.

Vadidə yaşayan sakinlərin ömrü 110-120 ili aşır. Bu sakinlər, demək olar, heç vaxt xəstələnmir və hər zaman gənc görünürlər.

Maraqlısı budur ki, Hunza dərəsinin sakinləri, hətta qonşuluqda yaşayan kalaşlar da xarici görkəmindən avropalılara bənzəyirlər.

Əfsanəyə görə, bu kiçik dağ ölkəsinin ilk sakinləri Makedoniyalı İsgəndərin əsgərləri olub, onlar Hindistan yürüşü zamanı burada məskunlaşıblar. Ordu üzvləri burada sərt hərbi nizam-intizam yaradıblar. Əbəs yerə sakinlər Himalay, Hindiquş və Qaraqorum kimi üç nəhəng və keçilməz dağın əhatəsində yaşamırlar.

Himalayın bir sıra vadiləri kimi Hunza artıq 60 ildir ki, Hindistan və Pakistan (hər iki dövlət Kəşmir uğrunda mübarizə aparır) arasında gedən münaqişə ərazisinə çevrilib.

Hunzanı avropalılarla 1970-ci ildə ekzotika axtarışında olan hippilər tanış edib. Hippiləri əsasən Hindistan çətənəsi cəlb edib. Sakinlər bir sıra tərəvəz yetişdirməklə yanaşı, çətənə kolları da becərirlər. Çətənə ət xörəkləri və şorabaya da əlavə edilir.

Bölgə sakinlərinin özünəməxsus dilləri də mövcuddur. Onlar heç bir dünya dilləri ilə qohumluğu olmayan buruşasx dilində danışırlar. Lakin buna baxmayaraq, sakinlər urdu və ingilis dilini də bilirlər. Pakistanlılar kimi onlar da islam dininə sitayiş edir, lakin əhalinin 95 faizi mistik və sirli dinlərdən biri olan ismaililər dininə sitayiş edir. Buna görə də, Hunzada siz minarə və azan səslərini eşidə bilməzsiniz. Burada hər kəs sakit şəkildə öz ibadətini edir.

Hunzalılar mənfi 15 dərəcə buzlu suda çimir, 100 yaşa kimi fəal olur, onların 40 yaşlı qadınları isə gənc qıza bənzəyirlər. 60 yaşlı sakinlər isə bədən formalarını, qamət və əzəmətlərini qoruyub saxlaya bilirlər. Hətta burada 65 yaşında qadın uşaq dünyaya gətirə bilir.

Yayda onlar çiy meyvə və tərəvəzlə, qışda isə günəş altında qurudulmuş ərik və qoyun pendiri ilə qidalanır. Maraqlısı budur ki, burada meyvələrin yetişmədiyi "kasıb yaz" iki aydan dörd ayadək davam edir. Bu aylar ərzində sakinlər gün ərzində yalnız qurudulmuş əriyin suyunu içməklə keçinirlər. Elə hunzalıları uzunömürlü edən onların pəhriz rejimində yaşamasıdır.

"Hunza-xəstəlik tanımayan xalq" kitabının müəllifi R. Birxer bu ölkədə qida rasionunu belə təqdim edir:

- vegetarian məhsullar

- çiy məhsullardan geniş istifadə

- gündəlik rasionda meyvə və tərəvəz istifadə olunur

- məhsullar təbiidir və heç bir kimyəvi maddə qatılmır

- alkoqol və şirniyyat nadir hallarda istifadə edilir

- duzdan az istifadə edilir

- məhsullar yalnız oranın torpağında yetişdirilir

- daima aclıq dövrü

1980-cı ildə fransız tibb mütəxəssisləri Hunzada olub. Onların apardığı araşdırma zamanı məlum olub ki, hunzalılarda orta ömür müddəti 120 ildir. Bu göstərici Avropa sakinlərindən iki dəfə çoxdur. Parisdə keçirilən xərçənglə mübarizəyə həsr olunmuş beynəlxalq konqresdə bildirilib: "Dünyada xərçəngə tutulmayan yeganə millət hunzalılardır".

Daha bir maraqlı hadisə 1984-cü ildə baş verib. Səid Abdul Mobut adlı bir şəxs London hava limanına gəlir. Pasportunda onun 1823-cü ildə dünyaya gəlməsi yazılıb. Onda elə çıxır ki, Səidin 160 yaşı olub. Səidi müşayiət edən molla onun Hunzada müqəddəs olduğunu deyib və həqiqətən də, uzun ömür sürdüyünü iddia edib. Yaşına rəğmən, Səidin iti ağlı olub. O, 1850-ci ildən sonra baş verənləri xatırlaya bilib.

Hunzalılardan uzunömürlülüyün reseptini soruşduqda isə onlar vegetarian qaydasınca qidalanmağı, fiziki əməklə məşğul olmağı, daima hərəkətdə olmağı və həyat ritmini dəyişməməyi tövsiyə edirlər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm