96 ildən sonra əkiz bacılar bir-birindən ayrıldı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

96 ildən sonra əkiz bacılar bir-birindən ayrıldı – FOTOLAR

Coan və Cessi Beyker əkiz bacıları hər gün eyni yeməyi yeyir, eyni cür geyinir və hətta eyni cür saç düzümü edirlər.

Lakin uzun müddətdən sonra bacılar, nəhayət ki, bir-birindən ayrılmaq qərarına gəlib. Ayrılan bacılar aralarında 5 dəqiqəlik məsafə olan müxtəlif evlərə köçüblər. Bununla belə, bacıların ayrı yaşadığı evləri hamam otağının divarları ilə bitişir.

Əkiz bacılar 1918-ci ildə Birinci dünya müharibəsinə 1 ay qalmış İngiltərədə doğulub və doğulduğu andan bəri birgə yaşayıblar. Körpəlikdən eyni şeyləri edən bacılar 21 yaşları olarkən valideynlərinə yaxın yerdə evə köçərək birgə yaşamağa başlayıblar.

Coan və Cessi eyni məktəbdə oxuduqdan sonra eyni yerdə işləyiblər. 1970-ci ildə aldıqları evdə isə bu günə kimi birlikdə yaşayırlar. Bacıların heç biri evli olmayıb və uşağa sahib olmayıblar. Bacıların hər ikisi bağda işləməyi və toxuculuğu sevir.

Artıq 90 yaşlarının olmasına baxmayaraq, bacılar eyni geyimlərdən istifadə etməyi sevirlər. Cessi deyib: "Biz birlikdə yaşamaq istədiyimiz üçün ərə getməmişik. Asudə vaxtımız olmayıb. Bizim çox məşğul həyatımız var. Kimsə məndən mağazadan nə istədiyimi soruşduqda deyirəm ki, Cessidə nə varsa, mənə də ondan alın".

Qadınlar arasında yalnız bir fərq var: Cessi diş həkimindən qorxur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm