• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qadınlar haqqında bilmədikləriniz... - MARAQLI

  • Maraqlı
  • 9 Sentyabr 2014 01:11
  • 633 Baxış
Qadınlar haqqında bilmədikləriniz... - MARAQLI

Qadınlar bizə, yaxud da əksinə, biz qadınlara nə qədər də yaxın olsaq onlar haqqında hər şeyi bilmirik. Çox zaman qadınları özümüzdən zəif və iradəsiz sayırıq. Ancaq heç də biz düşündüyümüz kimi deyil. Onlar da güclüdürlər. Sadəcə, kişilərdən fərqli olaraq, zərif güclülər...

Zərif güclülər haqqında maraqlı faktları təqdim edirik.

Dünyanın demək olar ki, əksər ölkələrində qadınların ömrü kişilərin ömründən uzundur.

Hər 90 saniyədən bir dünyada bir qadın hamiləliyi dövründə və ya doğuş zamanı dünyasını dəyişir.

Qadınların ürəyi kişilərin ürəyi ilə müqayisədə 20 faiz kiçikdir. Amma bu, o demək deyil ki, onlar ürəksizdirlər.

Qadınların musiqi duyumu kişilərə nisbətən daha güclüdür. Amma buna baxmayaraq onların arasından nə Üzeyir bəy, nə də ki, Betxoven kimi dahilər çıxmayıb.

Qadınlar orta hesabla gün ərzində 20 min söz ifadə edirlər. Bu kişilərə nisbətən 13 min dəfə çoxdur. Əgər ifadə edilən sözlər deyinməkdən ibarətdirsə təbii ki, kişilərin ömrü azalır.

Qadınlar öz ömrünün təxminən 1 ilini paltar seçiminə həsr edirlər. Yaxşı ki, kişilər bu məsələdə daha operativdirlər.

Dünyada ən çoxuşaqlı ana rus kəndlisi Fyodr Vasilyevin həyat yoldaşıdır. O dünyaya 69 uşaq gətirib. Düzdür, 69 uşaq doğmaq çox çətin bir məsələdir. Amma 69 uşağa baxan atanın işi çətinliyi ilə yanaşı həm də ağlamalı bir vəziyyətdir.

Elmi cəhətdən sübut olunub ki, qadınların beyni kişilərin beynindən 10 faiz kiçikdir. Burda heç bir şərhə ehtiyac yoxdur. Bu elmi cəhətdən sübut olunmasaydı da kişilər bunu çoxdan icad ediblər.

Əksər qadınlar sekslə məşğul olanda yalnız bir məsələ-yataqda gözəl görünüb görünməməkləri haqqında düşünürlər.

Qadınlar ömürlərinin təxminən 4 saatını güzgünün qarşısında keçirirlər. Bu rəqəm işi-gücü güzgülənmək olan xanımlara aid deyil.

Dünyada sirr olmayan bəlli bir məsələ var ki, qadınlara sirr vermək olmaz. Çünki qadınlar onlara etibar olunan sirri maksimum 47 saat saxlaya bilirlər. Təbii ki, bu bütün xanımlara şamil olunmur.

Qadınlar alış-veriş etməyi daha çox sevirlər. Bu həyatda yeganə sahədir ki, xanımlar bu sahəni "tam nəzarətə" götürməyi bacarıblar.

Dodaq boyasından istifadə edən qadınlar yaşadıqları ömür boyu 2-3 kiloqram bu kosmetik vasitəni yeməyə məhkumdurlar.

Dünyada ən çox danışan qadın amerikalı komediya aktrisası Fran Kerodur. O, bir dəqiqə ərzində 538 söz tələffüz edə bilir.

Kişilər üçün mobil telefon işlərinin yerinə yetirilməsində qısa və konkret danışmaq üçün rabitə vasitəsidir. Qadınlar üçün isə mobil telefon müxtəlif mövzuları saatlarla müzakirə etmək üçün simsiz əlaqədir.

Dünyanın ən kiçik boylu qadınını Cənubi Afrikada yaşayır. Marj Bester adlı bu xanımın boyu 55 santimetrdir. 124 santimetr boyu olan çex modeli Adrianu Sklenarikova isə dünyada ən hündürboylu xanım sayılır.

Dünyanın 20 ən varlı qadınandan 19-u atalarının və həyat yoldaşlarının hesabına bu titulu qazanıblar.

Söhbət zamanı qadınlar tez-tez "hə" deyirsə bu heç də o demək deyil ki, o sizi dərk edir. Bu təsdiq ifadəsi ilə xanımlar bildirmək istəyirlər ki, onlar sadəcə sizə qulaq asırlar. Odur ki, qadınlarla söhbət edəndə çox da dərinə getmək bir çox hallarda tam mənasız bir məsələdir.

Qadınlar haqqında bütün bildiklərimiz və bilmədiklərimizdən asılı olmayaraq onları sevmək, dünyanın ən böyük sevgilərini, gözəlliklərini bizlərə bəxş edən zərif güclülərə hörmətlə yanaşmaq biz kişilərin ən azı kişilik borcudur./modern.az/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR