Şokolad çaydan – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Şokolad çaydan – FOTOLAR

Gücün birlikdə olmasını atalarımız əbəs yerə vurğulamayıblar.

Elə Nyu-Yorkdakı elm adamları, mühəndis və sənətkarlar da belə düşünürlər. Onlar birgə maraqlı bir icad edib – şokoladdan çaydan hazırlayıblar.

Maraqlıdır, görəsən, şokolad çaydan su qaynayarkən əriyərmi? Çaydan əriyərək suyu axıdarmı?

Şokolad çaydanın hazırlanması "Nestle" şirkətinin komandası tərəfindən həyata keçirilib. Onun hazırlanması üçün nə az, nə çox, düz 6 həftə sərf olunub. Onun tərkibinin 65 faizi tünd şokoladdan ibarətdir və çaydanın möhkəmliyi üçün oraya silikon palçıq əlavə edilib.

Çaydanda su 2,5 saata qaynayır. Bundan sonra hazırlanmış çayı masaya təqdim edə bilərsiniz.

Su çaydanda qaynayarkən şokolad dərhal ərimir və əriyəndə də o, dərhal ətrafa dağılmır.
Çaydanda hazırlanmış çaydan, azacıq da olsa, şokolad tamı gəlir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm