Buddist cəhənnəmindən epizodlar – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Buddist cəhənnəmindən epizodlar – FOTOLAR

Çoxlarına elə gəlir ki, buddizm ən sülhsevər dindir, onların rahibləri isə günlərini dua və meditasiya etməklə keçirirlər. Sanki buddizmdə cənnət və cəhənnəm anlayışı yoxdur.

Amma yanılırlar.

Buddizmdə cəhənnəm Naraka adlanır. Buddist cəhənnəminin 8 növü və 136 mərhələsi var.

Yeralti dünyanı isə Ölü Kral Paya Yom idarə edir. Məhz o, insanın yaxşı və pis əməllərini tərəzidə çəkir. Əgər günahlarınız savab əməllərinizi üstələyirsə, milyonlarla ili işgəncə içərisində keçirəcəksiniz.

Yaxşı xəbər odur ki, sonda günahlarınız təmizlənəcək və ruhunuz yenidən bu dünyaya qayıdacaq.

Naraka haqda oxumaqla onu təsəvvür etmək olar.

Tailandda isə rahiblər xüsusi parkda cəhənnəmi təsvir edən fiqurlar yerləşdiriblər. Məqsəd odur ki, bu "cəhənnəm"i görüb seyr edən yerlilər və turistlər pis əməllərdən əl çəksinlər. Həyatlarında yaxşılıq etməyə, savab əməllərə daha çox yer ayırsınlar.

Gördükləriniz isə sizi qorxudacaq – yerin altından, yəni cəhənnəmdən göyə uzadılmış əllər, günahkarların qarınlarını kəsib, bağırsaqlarını əllərinə dolayan mələklər. Bədheybət məxluqlar, zəbanilər və sair.

Bu parkı gəzib dolaşan adam oradan çıxdıqdan sonra, həqiqətən də, "aydan arı, sudan duru" olmaq istəyir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm