• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

11 sentyabr terrorunun mistikası - FOTOLAR

  • Maraqlı
  • 11 Sentyabr 2014 15:30
  • 1 810 Baxış
11 sentyabr terrorunun mistikası - FOTOLAR

ABŞ-da törədilən 11 sentyabr terror aktları ilə bağlı maraqlı kod işarələri məlum olub.

Publika.az-ın məlumatına görə, istənilən kompüterdə "Microsoft Word" səhifəsi açaraq, orada böyük hərflərlə "Q33 NY" (Bu əkiz binalara çırpılan ilk təyyarənin qalxış meydanındakı qapı çıxış nömrəsidir) yazıb, daha sonra o yazını kompüterin "Mouse" hissəsi ilə qaralayın və o yazını "Wingdings" şriftinə çevirin. Bu zaman həmin yazı kompüterin ekranında dərhal təyyarə, iki bina, "Təhlükəlidir!" və İsrailin bayrağının gerbindəki işarəyə çevrilir.

Bunu yoxlamaq üçün hər kəs yuxarıda yazılan formada nəzərdən keçirə bilər.

Ehtimal olunur ki, 11 sentyabr hadisələrinin olacağı hələ 1995-ci ildə, yəni kompüterlərdə "Microsoft Word" proqramının geniş tətbiqinə başlanılan vaxtdan bəri düşünülürmüş.

Nə qədər ehtimal olsa da, bəzi bloggerlər və internet istifadəçiləri bunun həqiqət olduğuna inanırlar.

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində silsilə terror aktları törədilib.

Belə ki, həmin günü yerli vaxtla saat 08:46-da "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılır, 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qalır.

Həmin qüllələr təyyarə hücumuna qarşı durmaq üçün kifayət qədər möhkəm tikilmişdi. Lakin içərisində naməlum şəxslərin yerləşdirdiyi güclü partlayıcı qurğuların partladılması nəticəsində hər iki qüllə dağıdılır.

Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi olan Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vurulur. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlanır. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilirdi.

Bu hadisələr 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox isə insanın yaralanması ilə nəticələnir.

Terror hadisələrinin isə Əl-Qaidə terror təşkilatı tərəfindən törədildiyi deyilir. Bu hadisələr ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəyə başlamasına, əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara başlaması və dünyada intensiv anti-İslam təbliğatının aparılması üçün bəhanə olur.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR