Göldə naməlum varlığın fotosunu çəkdi – FOTO
Bizi izləyin

Bilgi.az

Göldə naməlum varlığın fotosunu çəkdi – FOTO

Britaniyalı Elli Uilyams İngiltərənin şimal-qərbində yerləşən Leyk-Distrikt qoruğunda ştativlə şəkillər çəkib. Sonradan Elli çəkilmiş şəkillərə baxıb və fotolarda hündürboylu məxluqu görüb.

Britaniya mətbuatının verdiyi məlumata görə, Elli milli parkda yerləşən göldə fəsil dəyişmələrini qeydə almaq üçün fotoaparatın ştativini quraşdırıb.

Uindermir gölünün ərazisi 15 kvadratmetrdir. Gölün maksimum dərinliyi isə 70 metrdir. Ellinin quraşdırdığı aparat günün müxtəlif vaxtlarında gölün fotolarını çəkib. Şəkilləri nəzərdən keçirərkən şəkillərdə qəribə bir məxluqa rast gəlib.

Elli deyir: "Uindermir gölünə peyzaj və fəsilə uyğun gölün necə dəyişməsini müşahidə etmək üçün getmişdim. Çəkilmiş təsvirlərə baxdıqda orada hündürboylu məxluq gördüm. Əvvəlcə bunun qu quşu və ya qaz olduğunu düşündüm".

Ellinin çəkdiyi fotodakı naməlim varlıq Şotlandiyanın Lox-Ness gölündə tapılmış məxluqa oxşayıb.

Qeyd edək ki, Lox-Ness gölündə daim hansısa bir varlığın yaşaması haqda əfsanələr gəzib. Hətta Lox-Ness bədheybəti haqda məlumatlar bizim eranın 565-ci ilindən var. Dəfələrlə şəkli çəkilsə də, məxluqun görüntüsünü tam aydınlaşdırmaq olmur. Bəziləri bunun hətta dinozavrlar dövründən qalma məxluq hesab edirlər.

Uindermir gölündə bədheybətin şəkli hələ 2006-cı ildə də çəkilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm