Təhlükəli transseksual əməliyyat – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Təhlükəli transseksual əməliyyat – FOTOLAR

Transseksual yeraltı klinikalarda ombasının şişməsi üçün 100-dən artıq iynə vurdurub və nəticədə, qadın istəyinə nail olub.

Onun bir neçə rəfiqəsi belə əməliyyatdan həlak olsa da, qadın arzusunun çin olması üçün əlindən gələni edib.

ABŞ-ın Florida ştatında yaşayan transseksual Tatyana Uilyams ideal bədənə sahib olmaq üçün 20 il müddətində 100 min dollar xərc çəkib. Nəticədə, qadın ombalarına 4 kiloqrama yaxın silikon yeridib.

Tatyana kişi bədənində doğulub və əsl adı Kori Uilyams olub. Cinsinin dəyişməsində ona ailəsi də dəstək olub.

Tatyana deyib: "Əməliyyata qədər mənim ombamın ölçüsü 63 santimetr idi, əməliyyatdan sonra 152 santimetr oldu. Bədənimə neçə inyeksiya yeritdiyim yadımda deyil, çünki sayı itirmişəm".

Qısası, Tatyanaya 100-dən artıq inyeksiya vurulub. Hər halda, özü belə deyir. Onun sözlərinə görə, qeyri-qanuni keçirilmiş əməliyyat çox risklidir. Onun bir neçə rəfiqəsi belə əməliyyat nəticəsində dünyasını dəyişib. Tatyana lisenziyasız çalışan həkimlərin xidmətindən tez-tez istifadə edir. O, yeraltı klinikalarda sinə, çənə, boyun əməliyyatı etdirib və cavanlaşmaq üçün lazer prosedurasından keçib.

O deyib: "Əməliyyat üçün qara bazara qaçan insanlar görmüşəm. Lakin bu, təhlükəli əməliyyat olduğundan onların bəzisi şikəst qalıb, bəzisi isə vəfat edib. Qara bazarda əməliyyatın qiyməti dəfələrlə aşağıdır və insanlar gözəl görünmək üçün həyatlarını riskə atmağa hazırdırlar".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm