2050-ci ildə yeni növ insanlar peyda olacaq
Bizi izləyin

Bilgi.az

2050-ci ildə yeni növ insanlar peyda olacaq

2050-ci ilə kimi yeni texnologiya və təbii seçmə nəticəsində Yer kürəsində yeni növ insanlar peyda olacaq.

Beyin institutunun elmi əməkdaşı Kadell Lastın dediyinə görə, artıq bəşəriyyət ciddi təkamül keçidini yaşamaqdadır. 40 ildən sonra isə orta ömür səviyyəsi qalxacaq, insanlar qoca yaşda da övlada sahib ola biləcək və süni intellekt nəticəsində məişət tapşırıqları yerinə yetirəcəklər.

İnsanların əksəriyyətini virtual aləmdə yaşayacağını iddia edən Last deyib: "Siz 80 və ya 100 yaşında olarkən nənə və babalarınızdan fərqlənəcəksiniz".

Bəzi alim-təkamülçülər isə insanın orta ömrünün 120 il olacağını düşünür.

Lastın fikrincə, gələcək insanlarda cinsi yetişkənlik gec baş verəcək. Həmçinin Last deyib ki, gələcəkdə insanlar tez yaşayıb gənc ölməkdənsə, ləng yaşayıb qoca öləcəklər.

Alim artıq təkamülün başlandığını iddia edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm