Porno ulduz məktəb dərsliyinə salınıbmış – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Porno ulduz məktəb dərsliyinə salınıbmış – FOTOLAR

Tailandın məktəb müəssisələrindən porno ulduzların təsviri olan 2 min dərslik çıxarılıb.

Məktəb dərsliklərində istifadə edilən qız fotoları, sən demə, yapon porno ulduzlarına aid imiş. Dərslikləri hazırlayan şirkət isə qız şəkillərinin kimliyindən xəbər tutmadan onları internetdən tapıb və məktəb dərsliyinə yapışdırıb. Nazirlik əməkdaşları isə fotoların yapon porno ulduzuna məxsus olduğunu müəyyən ediblər.

Dərslik vəsaiti 3 min tirajla buraxılıb və onlardan 2 mini Tailandın 10-dan artıq təhsil müəssisəsinə göndərilib. Artıq, dərsliklər yığışdırılıb və tezliklə onların başqalarıyla əvəzlənəcəyi gözlənilir.

Qeyd edək ki, 2014-cü ilin sentyabrında Rusiyanın Yekaterinburq şəhərində üzərində Adolf Hitlerin təsviri olan gündəliklər satışa buraxılmışdı.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm