Dünyanın 10 ən güclü kəşfiyyat orqanı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın 10 ən güclü kəşfiyyat orqanı - FOTOLAR

Bu günlərdə dünyanın ən güclü və mükəmməl 10 xüsusi xidmət orqanlarının siyahısı açıqlanıb.

Publika.az-ın məlumatına görə, siyahıda ilk yeri yenə də ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency - CİA) tutur.

Siyahını ardıcıl olaraq sizlərə təqdim edirik:

1. Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency - CİA) – ABŞ hökümətinə tabe olan kəşfiyyat orqanıdır. İdarənin əməkdaşlarının sayı gizlin saxlansa da, onların təxminən 20.000 nəfər olduğu təxmin edilir. İdarə 1947-ci il sentyabrın 18-də ABŞ-ın 33-cü prezidenti Harri Trumen tərəfindən qurulub.

2. MI-6 (Military Intelligence) (Secret Intelligence Service - SIS)–Böyük Britaniyanın məxfi kəşfiyyat orqanıdır. 1909-cu ildə qurulub.

3. FSB (Federal Təhlükəsizlik Xidməti) – Rusiyanın məxfi təhlükəsizlik orqanıdır. 1995-ci ildə Rusiya prezidenti Boris Yeltsin tərəfindən qurulub.

4. BND (Bundesnachrichtendienst) – Almaniyanın məxfi xəbər alma təşkilatıdır. 1947-ci ildə nasist Reinhard Gehlen tərəfindən qurulub.

5. RAW – Hindistanın xüsusi xidmət orqanıdır. Təşkilat 1968-ci ildə qurulub.

6. DGSE (Direction Générale de la Sécurité Extérieure - Xarici Təhlükəsizlik İdarəsi) – Fransanın xüsusi xidmət orqanı olan DGSE 1982-ci ildə qurulub.

7. MSS – Çin Xalq Respublikasının ən əsas xüsusi xidmət orqanıdır. Təşkilat 1983-cü ildə qurulub.

8. Mossad – İsrailin əsas xüsusi xidmət orqanıdır. Təşkilat 1949-cu ildə qurulub.

9. ASİS (Australian Secret Intelligence Service) – Avstraliyanın xüsusi xidmət orqanıdır. Təşkilat 1952-ci ildə qurulub.

10. İSİ (İnter Services İntelligence) – Pakistanın xüsusi xidmət orqanıdır. Təşkilat 1948-ci ildə qurulub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm