• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Doğulduğun ayı de, gələcəyini söyləyim

  • Maraqlı
  • 13 Sentyabr 2014 11:59
  • 2 924 Baxış
Doğulduğun ayı de, gələcəyini söyləyim

Yeni doğulan körpənin taleyi onun doğulduğu aydan asılıdır. Hətta belə bir deyim də var, "mənə hansı ayda doğulduğunu de, səni necə bir həyat gözlədiyini söyləyim".

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu yaxınlarda tədqiqatçılar insan həyatında bir çox şeyin doğulduğu ayla əlaqəli olduğunu öyrəniblər. Bura artıq çəki, optimist və ya pessimist olmaq, övladlarının sayı da aiddir. Məsələn, yazda doğulan uşaqlar ən çox xəstələnən, yayda doğulanlar isə ən xoşbəxt olurlar.

Tədqiqatlara görə, uşaqların sayı, utancaq və ya komplekssiz, arıq və ya kök, hündür və ya alçaq boylu olması doğulduğu aydan çox asılıdır. Bu həm də insanın gələcək həyatına təsir edir. Belə ki, körpə doğulmamışdan, hamiləliyin ilk aylarında fəslin, qidalanmanın təsiri, mövsümlə bağlı infeksiyalar - hər biri gələcəkdə doğulacaq körpənin həyatını müəyyənləşdirir. Əlbəttə, doğuş üçün ideal ay yoxdur. Bütün ayların öz müsbət və mənfiləri var. Əgər doğum tarixinin xarakterik xüsusiyyətlərini bilsən, o zaman həyatını asanlıqla mənfilərdən təmizləyə və dəyişə bilərsən.

Qış uşaqları

Solaxayların əksəriyyəti əsasən qış aylarında - dekabr, yanvar və fevralda dünyaya gələnlərdir. Bu fəsildə dünyaya gələn uşaqların əksəriyyətində ən çox rast gəlinən xəstəlik ürək-damar xəstəlikləridir. Bristol və Edinburq Universitetlərinin araşdırmalarına görə, "qış uşaqları"nda ürək-damar xəstəliklərinə digərlərindən 24% daha çox rast gəlinir. Qış aylarında dünyaya gələn qadınlarda xolesterinin miqdarı yüksək olur. Qışda dünyaya gələn qız uşaqlarının valideynləri onların qidalanmalarına çox ciddi fikir verməlidirlər.

Psixoloqlar hesab edirlər ki, "qış uşaqları" istedadlı, uğur qazanan, məqsədyönlü, güclü və iradəli olurlar. Belə insanlar əməksevər olurlar, onları yollarından çıxarmaq mümkün olmur, onlar işdə uğur qazanmağı bacarırlar. Bundan başqa, "qış uşaqları" özündənrazı, inadkar olur və hələ uşaq yaşlarından valideynlərilə mübahisəyə girişirlər. Onlar öz səhvlərini boynuna almaq istəmirlər, kollektivə çətin uyğunlaşırlar və həmişə birinci olmaq istəyirlər.

Yaz uşaqları

Bunlar xəstəliklərə həssas, allergiyaya meylli olurlar və tez-tez xəstələnirlər. Körpəlikdən onlara ciddi nəzarət etmək lazımdır. Uşaqların ətrafına fikir vermək lazımdır. Psixoloqlar hesab edirlər ki, yazda doğulan uşaqlar qərarsız, asanlıqla razılaşan olurlar. Onlar müsahibini diqqətlə dinləməyi bacarırlar. "Yaz uşaqları" bir çox sualların doğru cavabını bilsələr də, onu səsləndirməkdən çəkinirlər. Onlar xüsusən də, məclislərdə mübahisə etməyi sevmirlər, lider rolundan həmişə imtina edirlər. "Yaz uşaqları"nın valideynlərinin əsas vəzifəsi onlarda özünə əminliyi formalaşdırmaqdır. Onlar kiməsə lazım olduqlarını və həmişə arxalana biləcəkləri adamın olmasını bilməlidirlər.

Yay uşaqları

Yayda doğulanlar ən optimist və xoşbəxt olurlar. Bunu Herdfordşir Universitetinin alimləri sübut ediblər. Bu fəsildə doğulan uşaqlarda özlərinə güclü əminlik olur, əksəriyyəti çox optimist olurlar, həyata nikbin baxırlar, özlərini bəxti gətirən və xoşbəxt hiss edirlər. Psixoloqlar yayda doğulan uşaqların emosional, hissiyyatlı, xeyirxah, impulsiv olduqlarını və adətən kinli olmadıqlarını söyləyirlər. Mənsəbpərəst və əməksevər olurlar. Cəsur və risqləri sevmək də "yay uşaqları"na xas xüsusiyyətlərdir. Bu uşaqların valideynləri onlarda evsiz heyvanlara kömək etmək, zəif sinif yoldaşlarını qorumaq hissi oyatmalıdırlar.

Payız uşaqları

Əgər uşağınızın çox yaşamasını istəyirsinizsə, onu payız aylarında dünyaya gətirin. Avstraliyadan Norveçə qədər dünyanın müxtəlif yerlərində yaşayan milyondan artıq insan arasında aparılan araşdırma zamanı məlum olub ki, uzun ömür sürən insanlar payızda doğulanlardır. Bu, onlarda balanslaşdırılmış xarakter, qənaət və optimizm yaradır. Payız uşaqları çox nadir hallarda dostları və valideynlərilə konfliktə girirlər. "Payız uşaqları" pulun dəyərini tez anlayan, diplomatik və sözəbaxan olurlar. Əgər valideynlər onları doğru yola yönləndirsələr, onlar sağlam böyüyür, şəxsi həyatlarında və işdə böyük uğur qazanırlar.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR