Beyinciksiz yaşayan qadın
Bizi izləyin

Bilgi.az

Beyinciksiz yaşayan qadın

Çinin Şaldun əyalətinin hərbi hospitalına 24 yaşlı xəstə qadın müraciət edib. O, ürəkbulanma və baş gicəllənməsindən şikayətlənib. Müayinədən sonra 24 yaşlı çinlinin baş beyin həcminin 10 faizini əhatə edən beyinciyin olmadığı ortaya çıxıb. Maraqlıdır ki, qadın bütün ömrü boyu beyinciksiz yaşayıb.

Qızın anasının dediyinə görə, çinli qız yalnız 7 yaşında yeriməyə başlayıb. O vaxtadək qız nə tullana, nə də qaça bilib. Altı yaşınadək qızın danışığını başa düşmək olmayıb.

Tomoqrafiya müayinəsi zamanı onun beyinciyinin yerinə onurğa beyin maddəsinin toplandığı bəlli olub.

Adətən, beyincik iki beyin yarımkürəsinin arasında yerləşir. O, kəllədə 10 faiz yer tutsa da, beyin neyronlarının yarısı məhz beyincikdə yerləşir. Qızın neçə illər boyunca beyinciksiz yaşaması həkimləri şoka salıb.

Çinli qız isə tarixdə beyinciksiz yaşayan 10-cu adamdır. Onlardan 8-i erkən ölüb. Beyincik tarazlıq və hərəkəti nizama salır. Elə buna görə də qadın bütün ömrü boyu çətinliklə yeriyib.

Belə görünür ki, qızın beyni beyinciyinin bütün funksiyalarını yerinə yetirib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm