• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Dünyanın ən məşhur Don Juanları – FOTOLAR

  • Maraqlı
  • 13 Sentyabr 2014 14:20
  • 916 Baxış
Dünyanın ən məşhur Don Juanları – FOTOLAR

Bu insanlar barədə, yəqin ki, eşitmişiniz. Onlar qadınları tez-tez dəyişirlər, yeni sevgi tapmaq üçün "köhnələrin" qəlbini qırıb çıxıb gediblər. Bununla belə, qadınlar yenə onlara can atır. Onlar qadınların başını gicəlləndirə bilən əfsanəvi arvadbazlardır.

Publika.az bütün xalq və zamanların ən arvadbaz kişilərini təqdim edir.

Cakomo Kazanova. Bu italyan fırıldaqçının soyadı hamıya tanışdır. İndi hər arvadbaz kişini onun soyadı ilə çağırırlar. Cakomo Kazanova çox səyahət edib və kart oyunlarından qazandığı pullar hesabına yaşayıb. O, sözsüz ki, hər bir qadını özünə cəlb edə bilib. Yaraşıqlı olmasa da, qadınlar ondan əl çəkməyiblər. Həyatının sonlarında o, "Mənim həyatımın tarixi" adlı kitab yazıb. Kitabda çoxsaylı sevgi sərgüzəştlərini təfsilatı ilə qeyd edib. O hətta qadını yoldan çıxartmağın sxemini də hazırlayıb.

Con Kennedi. ABŞ-ın 35-ci prezidenti Con Kennedi seksi sevib. Elə buna görə də, o, öz tərəf müqabillərini əlcək kimi dəyişib. Arvadı Jaklin onu evində gözləsə də, Con qadından və seksdən heç zaman imtina etməyib. Onun siyahısında Ceyn Mensfild, Marlen Ditrix və Merlin Monronun da adı olub. Bu azmış kimi, Con yatağına xarici biznesmenlərin arvadını, çağırışla gələn qadınları, dirijorların həyat yoldaşlarını da cəlb edib. Prezidentin bu qadınlara heç bir sevgi hissi olmayıb. O, sadəcə, seksual tələbatını ödəyib. Sevgililəri onu məmnun etmədikdə isə Con onlardan imtina edib. Kennedinin heyvani hissləri ətrafında bir çox şayiələr gəzişir: kimi deyir onun bütün kişi nəsli belə arvadbaz olub, kimi də deyir ki, problem ona vurulani kortizon iynəsindən qaynaqlanıb. Kəskinləşən Addison xəstəliyi əleyhinə vurulan iynə onda hiperseksuallıq yaradıb.

Çarli Çaplin. Məzəli avara rollarının ifaçısı Çarli Çaplinin isə qadınları cəzb etməsindən çox adamın xəbəri yoxdur. O, əlbəttə, elə bir cazibədarlığa da malik olmayıb. Üstəlik, Çaplin qadınların qəlbini qırmaqdan həzz almayıb. Lakin qadınlar onu ələ keçirtmək üçün çox çalışıblar. O, ilk dəfə 14 yaşında özündən beş yaş böyük rəqqasəni sevib. Bundan sonra, kino çəkilişləri zamanı Edna Perviens ilə tanış olub və ona vurulub. Çarlinin ilk arvadı 16 yaşlı Mildred Harris olub. İkinci arvadını da 16 yaşlı qızlar arasından seçib. O, üçüncü dəfə də ailə həyatı qurub, lakin yalnlız 4-cü izdivacı uğurlu olub.

Conni Depp. Amerikalı aktyor bir çox qadınların qəlbini ovsunlaya bilib. Onun sevgi siyahısında rəssam Lori Enn Ellison, aktrisa Cennifer Qrey, Vaynona Rayder, super model Keyt Moss, müğənni Vanessa Paradi və sonuncu sevgisi olan Eçber Herd var. Qadınların əksəriyyətini onun sirli olması cəzb edir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR