Beyin əməliyyatını skripka çala-çala keçirdi - VİDEO
Bizi izləyin

Bilgi.az

Beyin əməliyyatını skripka çala-çala keçirdi - VİDEO

Litva skripkaçısı Naomi Elişuv İsraildə beyin əməliyyatını tam ayıq halda keçirib və əməliyyat zamanı skripkada Motsartın əsərini ifa edib.

Axar.az xəbər verir ki, musiqiçi 20 il əllərinin titrəməsindən əziyyət çəkib. Bu isə onun həyatını çətinləşdirib və skripkada ifa etməsinə mane olub. Elişuv İsraildə əməliyyat olunub. Yerli narkozla onun kəlləsində kiçik dəlik açaraq 1,3 mm uzunluğunda beyin elektostimulyator implantasiya ediblər.

"Stimulyatorun yerləşdirilməsi üçün bizə mütləq pasiyentin fəal yardımı lazım idi, odur ki, biz ondan skripkada çalmasını xahiş etdik. Biz elektrodu lazımı yerdə aktivləşdirəndə Elişuv Motsartı çox böyük həvəslə, ancaq artıq əlləri titrəmədən ifa edirdi", – aparıcı neyrocərrah İzçak Frid deyib.

Qeyd edək ki, beyin əməliyyatlarını çox vaxt yerli narkozla edirlər ki, həkim əməliyyat zamanı beyinin əsas hissəsinin işini izləyə bilsin. Həm də baş beyinin boz maddəsi ağrıya qarşı həssas deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm