• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Əriylə öpüşdü, fahişəlikdə ittiham etdilər – FOTOLAR

  • Maraqlı
  • 15 Sentyabr 2014 14:25
  • 619 Baxış
Əriylə öpüşdü, fahişəlikdə ittiham etdilər – FOTOLAR

Los-Anceles polisi qaradərili aktrisanı fahişəlikdə ittiham edərək həbs edib.

Belə bir qənaətə qaradərili aktrisanın öz ağdərili ərini öpməyini görən polis gəlib.

Xarici mətbuatdan verilən məlumata görə, qaradərili aktrisa Daniel Uotts ABŞ-ın Los-Anceles şəhərində saxlanılıb. Aktrisa tamaşaçılara "Azad olunmuş Canqo" (Django Unchained) filmindən tanışdır.

Uottsun sözlərinə görə, o və ağdərili əri Brayan Ceyms Lukas küçələrin birində öpüşürlərmüş. Bu zaman onlara yaxınlaşan iki polis nəfəri şəxsiyyəti təsdiq edən sənəd istəyib. Qəzəblənən Uotts sənədləri təqdim etməyib, nəticədə, o həbs edilib.

Bu haqda xəbəri aktrisanın özü "Facebook" sosial şəbəkəsində məlumat verib. O, hadisə yerindən fotoları da paylaşıb.

"Mən atamla telefonla danışdığıma görə sənədlərimi təqdim etmədiyim üçün polis işçisi mənə yaxınlaşaraq qandalları taxdı. Bu ölkə də özünü "azad və cəsarətli insanların torpağı" adlandırır. Bununla belə, insanları qeyri-qanuni saxlamaqla, əslində, onları hər şeyin belə olmadığına əmin edir.

Qaradərili aktrisanın əri Ceyms Lukas sosial şəbəkədə fahişəlikdə günahlandırılaraq həbs olunduğunu da açıqlayıb.

O deyib: "Polislər bizi fahişəylə onun müştərisi zənn etdiyi üçün həbs etdilər".

Los-Anceles polis departamentinin nümayəndələri baş vermiş hadisə ilə bağlı heç bir şərh verməyiblər.

Uotts sonradan azad olunub.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR