81 yaşlı milyarder 24 yaşlı qızla evləndi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

81 yaşlı milyarder 24 yaşlı qızla evləndi - FOTOLAR

Avstriyalı 81 yaşlı Riçard Laqner Amerika realiti şousunun tanınmış üzvü Kim Kardaşyanı təhqir etməsi ilə məşhurdur.

81 yaşlı Laqner bu ilin fevralında Nyana dövlət operasında keçirilən balda Kim Kardaşyan və ailəsi haqda təhqiramiz ifadələr işlədərək deyib: "Kim məni əsəbiləşdirir. O, proqrama qətiyyən uyğun deyil".

Kimi bəyənməyən 81 yaşlı milyarder Laqner indi də gündəmə 24 yaşlı qızla evlənməsi ilə gəlib. Laqner 24 yaşlı "Playboy" modeli Keti Şmitslə evlənib. Laqnerdən 57 yaş gənc olan model Keti deyib: "Biz bir-birimizi sevməyə hazırlaşmırdıq. Bu, sadəcə, belə alındı. Sevgi yaş tanımır".

Cütlüyün toyu nağıllar aləmindəki kimi təşkil edilib. Milyarder artıq beşinci dəfədir ki, ailə həyatı qurur.

Sonda təzə gəlinlə toy məclisini tərk edən Laqner deyib: "İnanıram ki, mən bu dəfə düzgün seçim etmişəm".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm