Müəllim dərsliklə şagirdin başını yardı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Müəllim dərsliklə şagirdin başını yardı – FOTOLAR

Çin polisi 4 şagirdi döyən müəllimin axtarışına çıxıb.

Müəllim şagirdlərdən birinin başını dərsliklə yarıb, digər 3 şagirdi isə vəhşicəsinə döyüb. İlkin ehtimallara görə, sadist müəllim meşədə gizlənir.
Xarici mətbuatdan verilən məlumata görə, Ley Minksin adlı müəllimin döydüyü şagirdlərin 7 yaşı varmış. Döyülmüş uşaqları məktəb əməkdaşı görərək dərhal onları xəstəxanaya aparıb.

Uşaqları aşkar edən baş müəllimin sözlərinə görə, onlar qan içində döşəmədə uzanaraq qalıbmışlar.

Baş müəllim deyib: "Mən Ley Minksinin kabinetinin yanından keçirdim və otaqdan ağlaşma səsi eşitdim. İçəri boylandıqda isə dəhşətə gəldim: qan gölünə bulaşmış uşaqlar döşəmədəcə uzanıb qalmışdılar".

Rəsm müəllimi dərs ləvazimatı ilə uşaqlardan birinin kəlləsini yarıb. Şagirdlərin dediyinə görə, müəllim onları kabinetə çağırdıqdan sonra üstlərinə hücum edib. Döyülmələrinin səbəbini isə heç uşaqların özləri də bilmir.

Minksinin həmkarları baş verən hadisədən şoka düşüb. Belə ki, müəllimin davranışı həmişə yaxşı olub və bu vaxta qədər o, heç bir aqressiya göstərməyib.

Uşaqları döyən müəllim mopedinə minərək meşəyə qaçıb. Onun axtarışları davam etdirilir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm