• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qadınların alt paltarını oğurlayan sirli ağac

  • Maraqlı
  • 17 Sentyabr 2014 08:51
  • 1 363 Baxış
Qadınların alt paltarını oğurlayan sirli ağac

Zimbabvenin Qokve rayonunda qəribə bir hadisə baş verib. Hətta bu hadisədən sonra yerli əhali ruh və cadugərlərin axtarışına çıxıb. Maraqlı və qəribə hadisə bundan ibarətdir ki, Qokve rayonunun iki kəndində yuxudan duran qadınların əyinlərində alt paltarı olmayıb.

Bu hadisə nəinki kənd qadınlarını, hətta arvadının alt paltarsız yuxudan oyandığını görən kişiləri də narahat edib. Hələ bu azmış kimi, yuxudan duran azyaşlı uşaqların da əynində bez yoxa çıxıb.

Yerli mənbədən verilən məlumata görə, sonradan onların alt geyimləri Afrika meçəsində yetişən ağacların üzərində tapılıb.

Kənd sakinlərindən biri deyib: "Bu kənd digər yaşayış yerlərindən meşəyə görə kənar qalıb. Ağacların bitdiyi ərazidə isə heç bir ev yoxdur. Buna görə də cinayətkarı tapmaq elə də asan olmayacaq. Bircə o məlumdur ki, hər iki kəndin sakinləri olan qadınların alt paltarı gecə ikən yoxa çıxıb və onlar heç bir şey hiss etməyiblər".

Qurumaq üçün zivədən asılan alt paltarları da yoxa çıxıb. Qadınlara öz alt paltarlarını götürmək və canini barmaq izləri ilə tapılması göstərişi verilsə də, qadınlar "tilsimlənmiş" əşyalarına toxunmaq istəməyib.

Qadın alt paltarlarını oğurlayan mistik ağac haqda xəbəri rayon rəhbərliyi də təsdiqləyib.

O deyib: "Qəribə ağaclar haqda məruzəni oxuduqdan sonra Qokve rayonunda çalışan loğman və mediuma müraciət etdim. Onlar bu hadisənin baş verməsini əcdadlarımızın ruhları ilə əlaqələndirdi".

Lakin icra başçısı da bu versiyanı inandırıcı saymır. "Hər halda, mən yenə də hesab etmirəm ki, əcadadlarımızın ruhları qadınların alt paltarını oğurlasın. Hesab edirəm ki, bu, nadinc kənd sakini tərəfindən törədilib".

Heç bir əşya itmədiyi üçün polis caninin axtarışına çıxmayıb, çünki burada heç bir qanun pozuntusu baş verməyib.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR