QİÇS-i Qərb, yoxsa SSRİ yaradıb? - FOTOLAR
Bizi izləyin

Bilgi.az

QİÇS-i Qərb, yoxsa SSRİ yaradıb? - FOTOLAR

Bu gün hər birimizə yoluxucu xəstəlik kimi görünən və təqdim olunan bir çox təhlükəli virusların mənbəyi əslində dünyada gedən "soyuq müharibə" və ayrı-ayrı kapital uğrunda mübarizələrin təzahürləridir. Misal üçün, indi dünyada təhlükəli virus hesab olunan Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) (ing: AİDS - Acquired Immune Deficiency Syndrome) əslində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən yaradılmış silahdır.

Çoxlarına qəribə görünsə də, əslində, bu virus CİA-nın laboratoriyasında yetişdirilərək, məqsədli şəkildə dünyaya yaydırılır. Məqsəd isə bəlli idi: İqtisadi və siyasi mübarizə, nüfuz üstünlüyü.

Təsadüfi deyil ki, 1980-ci illərin ortalarında Hindistanda çıxan məşhur "Patriot" qəzeti də bu barədə məqalə dərc etmişdi.

O dövrlərdə keçmiş Sovet İttifaqı İmperiyasının sosializmi ilə Qərbin kapitalizmi arasında həm açıq mübarizə, həm də "soyuq müharibə" gedirdi. Şübhəsiz, bu mübarizə həm də nüfuz savaşı idi.

QİÇS-in yaradılması SSRİ-nin milli təhlükəsizliyinə də ciddi təhdid idi. Hətta o dövrdə ABŞ və SSRİ arasında bu məsələyə görə gərginlik də yaşanır. Belə ki, rus xəbər agentlikləri QİÇS-in necə yaradılması barədə əldə etdikləri məlumatları yayımlayır.

Xəbərlərdə iddia olunurdu ki, QİÇS ABŞ tərəfindən bilərəkdən XX əsrin 50-ci illərində Mərkəzi Afrikada sınaqdan keçirilir, yeni mutant virus isə yerli əhaliyə meymunlardan keçir. Afirkadan isə xəstəlik Haiti adalarına, sonra isə Amerika və Qərbi Avropaya yayılır.

SSRİ jurnalistləri hesab edirdi ki, ABŞ bu virusu qara dərililərə qarşı istifadə etdiyi üçün xəstəlik ilk dəfə 1981-ci ildə ABŞ-da homoseksualistlər arasında aşkar olunur.

Bu məlumatların ardınca isə "üçüncü dünya ölkələri" vəziyyətdən xəbərdar olurlar.

1987-ci ilin martında ABŞ-ın "CBS" televiziyası SSRİ-yə adekvat olaraq eyni ittihamı əks etdirən materialı efirdə yayımlayır. Hətta məsələ o qədər böyüyür ki, işə ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) və CİA da qarışmalı olur. Bir müddətdən sonra isə ABŞ və SSRİ arasında bulanıq sular durulmağa başlayır....

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm