• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İntihar etmək istəyən qadın timsah gölünə tullandı – FOTOLAR

  • Maraqlı
  • 17 Sentyabr 2014 14:25
  • 601 Baxış
İntihar etmək istəyən qadın timsah gölünə tullandı – FOTOLAR

Tailandın Banqkok şəhər sakini 65 yaşlı qadın intihar etmək üçün timsahların yaşadığı gölə tullanıb.

Xarici mətbuatın verdiyi xəbərə görə, özünü minə yaxın timsahın yaşadığı gölə atan təqaüdçü qadın son vaxtlar insanlarla ünsiyyətdən qaçırmış.

Banqkok sakini Vanpen İnyay həyatına son qoymaq üçün dünyanın ən böyük timsah fermasına gəlib. Göldə 100 mindən artıq timsah olub.

Ərazidə onu görən insanlar qadının niyyətindən şübhələnməyiblər. Lakin qadın timsahların yanına atıldıqda şahidlər şoka düşüb. İntihar etməzdən əvvəl qadın ayaqqabılarını çıxardaraq kənara qoyub. Qadın suya düşən kimi onlarla timsah onun üzərinə hücum çəkib.

Şahidlər hücuma keçən yırtıcıları qovmağa çalışsalar da, bu nəticə verməyib. Bir neçə dəqiqənin içərisində qadının intihar cəhdi baş tutub.

Timsah fermasının müdiriyyəti isə bir daha belə bir hadisənin baş verməməsi üçün gölün ətrafında təhlükəsizlik hasarları çəkib.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR