“İnək qız”- FOTOLAR
Bizi izləyin

Bilgi.az

“İnək qız”- FOTOLAR

Los-Anceles sakini 24 yaşlı Lisa Conson hər zaman təhqirlərlə üzləşib.

İş ondadır ki, zavallı qız vitiliqo xəstəliyindən əziyyət çəkir. Bu xroniki xəstəliyin əlaməti olaraq dəridə ağ rəngdə ləkələr yaranır.

Lisa qaradərili olduğu üçün vitiliqo xəstəliyi onu xallı inəyə bənzədib. O, uzun müddətdir xəstəliyin çarəsini axtarmaqla məşğuldur.

Ağ ləkələr qaradərili qızın bədəninin 30 faizini əhatə edib. Lisa deyib: "Məktəbdə oxuyarkən uşaqlar mənimlə qəddar rəftar ediblər. Hər dəfə məktəbdən sonra evə gedərək günümü ağlamaqla başa vurardım".

Lisanın uşaqlığı adi keçib. Lakin hər şey bədənində ağ rəngdə xalın peyda olmasından sonra yaranıb. 17 il ərzində artan xallardan narahat olan qız son anda həkimə müraciət edib.

Yeni müalicə üsulu və kosmetik vasitələr onu təhqir obyekti olmaqdan və insanların diqqətini çəkməkdən xilas edəcək. Bunun üçün əvvəlcə o, kompüter müayinəsindən keçməlidir. Ağ ləkələri aradan qaldırmaq üçün ona nə qədər tünd rəng verən piqmentin lazım olduğunu öyrəndikdən sonra həkimlər Lisanın müalicəsinə başlayacaqlar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm