Parkinson xəstələrinə yardım edən qurğu ixtira edilib [Video]
Bizi izləyin

Bilgi.az

Parkinson xəstələrinə yardım edən qurğu ixtira edilib [Video]

Parkinson beyinin əzələlərə nəzarətini tədricən itirərək, insanın hərəkətinə son qoyan xəstəlikdir. Publika.Az xarici mediaya isitinadən xəbər verir ki, Florida ştatının Ceksonvil şəhərindəki Mayo xəstəxanasında alimlər xəstələrə yenidən gəzməyə yardım edən lazerli qurğu icad ediblər.

Veyn Paket 4 il əvvəl yalnız əlil arabası ilə hərəkət edə bilirdi. Çünki Parkinson xəstəliyi onun beyi ilə ayaqlarındakı əzələ arasında əlaqəni zədələmişdi. “Tam insan olmadığını düşünmək çətindir. Sənin övladların sənin hərəkət edə bilmədiyini görürlər.”

Mayo xəstəxanasının həkimi, nevroloq Cey Van Gerpin Parkinson xəsətəsi olan Paketə onun gəzə bilməsi üçün yeni bir cihazın olduğunu 2010-cu ildə dedi. Paket əvvəlcə ona inanmadı. “O mənə kiçik, qırmızı şuanın gəzməyimə yardım edə biləcəyini dedi. Mən isə bunun mümkün olmadığını düşündüm.” - deyə, Paket bildirir.

Van Gerpin bu cihazı “mobilayzer” adlandırıb. O, lazeri gəzmək üçün olan qurğuya calaşdırır və lazerin verdiyi işıq beyin zədəsi olan xəstənin gəzməsini tənzimləyir.
“Beyində elə sinir düyüncükləri mövcuddur ki, onların olduğu sahə zədələnəndə siqnallar beyinin əsas hərəkət hissələrinə çatmır və insan gəzə bilmir.”

Həmin qırmızı şuaya baxarkən xəstə digər bir hərəkətə konsentrasiya olunur və bu, onun beyninə müxtəlif sahələrə siqnallar göndərmək imkanı yaradır. Həmin siqnallar zədələnmiş sahələrə də çatır. “Biz beyinin yaxşı işləyən hissəsindən istifadə edərək, digər, zədələnmiş hissəsinə yardım edirik.” - deyə, həkim bildirir.

Doktor Van Gerpin deyir ki, bu ixtira onun xəstələrinin çoxunun hərəkət qabiliyyətini yaxşılaşdırıb. Veyn Paket doktor Gerpinin cihazının onu geri, həyata qaytardığını deyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm