• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Bu gecə mənim istədiklərimi edəcəksən” - Şok olay

  • Maraqlı
  • 19 Sentyabr 2014 01:05
  • 6 809 Baxış
“Bu gecə mənim istədiklərimi edəcəksən” - Şok olay

Samsunda işlədiyi çörək sexinin yuxarı mərtəbəsində qalan 29 yaşlı Ç.D.-nin evinə eyvandan dırmaşaraq girən 23 yaşlı Bilal ona təcavüz etmək istəyib.

Publika.az "Milliyət"ə istinadən xəbər verir ki, Türkiyənin Samsun şəhərinin İlkaddım rayonunda bu ilin mart ayında biabırçı hadisə baş verib. Belə ki, bir çörək sexində işləyən Bilal A., iddiaya görə, gecə saat 02:00 radələrində iş yerinin üst mərtəbəsindəki evin eyvanına dırmaşıb. Anası ilə birlikdə qalan Ç.D.-nin yataq otağına girib. Daha sonra Bilal A. "bu gecə mənim istədiklərimi edəcəksən" deyərək təcavüz etmək istəyb. Lakin Ç.D.-nin səsinə anası oyanıb. Qadının qızına səslənməsindən sonra təşvişə düşən Bilal A. eyvandan atlayaraq qaçıb. Şikayətdən sonra yaxalanan Bilal A. bu gün axırıncı dəfə Samsun Ağır Cəza məhkəməsində hakim qarşısına çıxıb.

Müttəhim Ç.D. ilə cinsi əlaqədə olmaq istədiyi üçün otağına girdiyini bildirərək "qışqırmaması üçün ağzını qapatdım. Ancaq istəmədiyi üçün də heç nə eləmədən getdim" deyib. Məhkəməyə qatılan Ç.D. müttəhimdən şikayətçi olduğunu deyib.

Bundan sonra məhkəmə müttəhimə bəsit cinsi istismar və mülk toxunulmazlığına xələl gətirdiyi üçün cəmi 4 il 2 ay həbs cəzasına məhkum edib. Məhkəmə bu qərarla birlikdə Bilal A-nın bir müddət həbsdə qaldığını nəzərə alaraq azad edib.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR