Dünyanın ən təhlükəli yolları FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən təhlükəli yolları FOTOLAR

Adətən, yollarımızdan şikayət edirik. Səbəb də var. Bu gün yenicə istifadəyə verilmiş yolu sabahı gün yenidən qazırlar. Bu problem ölkəmizdə hələ də həll olunmayıb.

Ancaq dünyada elə yollar var ki, yolunuz oradan düşməsə yaxşıdır.

Ölüm yolu

Cənubi Amerikada Amazonka meşələri ilə Boliviyanı birləşdirən yeganə dağ yolu var. Sürücülər bu yola "ölüm yolu" adı veriblər. Yol ikitərəfli hərəkət üçün nəzərdə tutulub. Lakin faktiki olaraq bu darısqal yola cəmi bir avtomobil güclə sığışır. Yolin dar olması bir yana, tez tez yağan yağışlar, duman, uçqun neçə sürücünün həyatına son qoyub. Təsəvvür edin, yolunuzun bir tərəfi dağ, o biri tərəfi 550 metrlik dərə.

Dərəyə yuvarlanmaq an məsələsidir.

Səhra yolu

Yox, əgər dağlıq yol xoşunuza gəlmirsə, düppədüz uzanan, kilometrlərlə davam edən yolla gedə bilərsiz. Bu, Aralıq dənizi ilə Nigeriyanı birləşdirən Transsaxara şosesidir.

Qum səhralarının arası ilə 4500 kilometr getmək sizə asan gəlməsin. Çünki yol boyunca bir dənə də olsun yanacaqdoldurma stansiyası yoxdur. Əgər susadınızsa, onda lap pis. Çünki yol boyunca marketlər də yoxdur.

Vulkan yolu

Havay adalarında isə yuxarıda sadaladığımdan da təhlükəli yol var. Bu yolun üstündə Mauna-Lona və Kilaueta adlı iki aktiv vulkan var. Yəni avtomobillə getdiyiniz yerdə asfaltın altından lava çıxa bilər. Onda sizin halınıza ancaq acımaq qalır. Bir də ruhunuza rəhmət diləmək. Çünkü lavadan xilas yoxdur.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm