Böyük sinə sevgisi həyatını məhv etdi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Böyük sinə sevgisi həyatını məhv etdi - FOTOLAR

Böyük sinə sevgisi həyatını məhv etdi

19 yaşlı Linda Peresin plastik əməliyyat sevgisi həyatını məhv edib.

Sinə böyütmə əməliyyatından sonra komaya girən gənc qız hazırda nə gəzə, nə də danışa bilir. Keçən ilin avqust ayında keçirdiyi əməliyyatdan sadəcə bir neçə saat sonra komaya girən Linda Peresin evinə getməyinə icazə verilib.

Lakin Linda nə gəzə bilmir, nə də təməl ehtiyaclarını ödəyə bilmir. Sadəcə çox az hərəkət edir və bir neçə kəlmə ilə ünsiyyət saxlayır.

Bədbəxt qız gəzə bilmədiyi üçün atası onu hər yerə qucağında daşıyır. Anası isə çox kədərli olsa da, ümidlidir. Çarəsiz ana heç olmasa qızının yaşadığını və evdə olduğunu deyir.

Linda isə ağır bir depressiya keçirir və daimi ağlayır. Linda eyni zamanda gənc anadır. 4 yaşlı oğlu olan Linda Peres oğluna baxa bilmədiyi üçün xüsusi baxıcı həm oğluna, həm də özünə kömək edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm