“Ayağımı kəsin ki, idmançı ola bilim” - FOTO/ VİDEO
Bizi izləyin

Bilgi.az

“Ayağımı kəsin ki, idmançı ola bilim” - FOTO/ VİDEO

Tibbi səbəblərdən ayağının birini itirən qız daha sürətlə qaçmaq və Paralimpiya oyunlarında iştirak etmək üçün həkimlərdən ikinci ayağının da kəsilməsini xahiş edib.

Böyük Britaniya sakini Daniel Bredşou sağ ayağında qüsurla doğulub. Xəstəlik üzündən qız ayaq sümüyünün çıxışından və sağ ayağında yaranmış qeyri-stabillikdən əziyyət çəkib.

Qızın 2 ayı tamam olduqdan sonra həkimlər onun ayağından vətərləri kəsib götürüblər. Onun həyat fəaliyyətinin yaxşılaşması üçün 12 əməliyyat həyata keçirilib. Bütün cəhdlərə rəğmən, qız sərbəst yeriyə bilmədiyindən əlil arabası və ya qoltuqağacı ilə gəzməli olub.

On bir yaşı olarkən qız ailə və dostlarını təəccübləndirib. O, yüngül atletika ilə məşğul olmaq üçün şikəst qalmış ayağının kəsilməsini istəyib.

Hazırda 15 yaşı olan Daniel Bredşou 2010-cu ildə sağ ayağını kəsdirib.

Anadangəlmə ayaq qüsuru ilə doğulan qız pis yeriyib. Lakin amputasiya edilmiş ayağın əvəzinə protez taxandan sonra qıza əlil arabası lazım olmayıb. Bundan sonra Daniel həyatında ilk dəfə olaraq idmanla məşğul ola bilib.

Əməliyyatdan dərhal sonra o, məşhur atlet Oskar Pistorisun yolu ilə gedərək 100 metr uzağa qaçış tapşırığını uğurla yerinə yetirir. Qız dəfələrlə müsabiqələrdə qızıl medala layiq görülüb.

İndi isə o, 2016-cı ildə Braziliyada keçiriləcək Paralimpiya oyunlarında iştirak etmək arzusuna düşüb.

Britaniyalı qız sağlam ayağının arzusunun gerçək olmasında maneə yaratdığını iddia edir. Onun sözlərinə görə, sağlam ayaq daima ona ağrı verir və qaçmasını ləngidir. Qız vətərlərində yaranmış problem nəticəsində deformasiyaya uğrayan ayağının kəsilməsini istəyir. Qaçışla məşğul olan Daniel əmindir ki, hər iki ayağında protezin olması onun üçün daha əlverişlidir.

Qızın atası deyib: "Biz hər zaman Danielin sol ayağının sağlam olduğunu düşünürdük. Lakin o, idmanla məşğul olduqdan sonra sol ayağı da deformasiyaya məruz qaldı. O, ayağını sağaltmaq üçün hər gün dərmanlar qəbul edir. Bütün bunlar isə onu ləngidir".

Qızın atası Danielin peşəkar idmançı olmaq istədiyini deyib. Buna görə də o, qızına hər şeydə dəstək olur. O, inanır ki, bir gün Daniel Paralimpiya yığmasının üzvü ola biləcək.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm