Yeni dünya rekordu: 33 saat hava haqqında danışdı
Bizi izləyin

Bilgi.az

Yeni dünya rekordu: 33 saat hava haqqında danışdı

Norveçin TV2 telekanalının aparıcısı Eli Kari Qengedal dünya rekordunu təzələyib. Publika.az-ın "The Local"a istinadən verdiyi xəbərə görə, aparıcı kameralar qarşısında 33 saat hava haqqında məlumatı şərh edib. Ondan əvvəlki rekord 24 saat idi.

Aparıcı müsahibəsində ekranda cəmi bir neçə dəqiqə vaxtla məhdudlaşdırılan hər bir hava məlumatı səsləndirən teleaparıcının belə bir arzusunun olduğunu dilə gətirib.

O, Oslo şəhərində Domkirkeplassen meydanının şüşə studiyasında veriliş aparıb. Qadın aparıcı hər 60 dəqiqədən bir 5 dəqiqəlik fasilə götürüb. Bu uğurdan sonra isə Qengedal onu pivə ilə qeyd edəcəyini deyib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm