Polisə təhvil verilən soyuq silahlar - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Polisə təhvil verilən soyuq silahlar - FOTOLAR

Britaniyanın Lankaşir qraflığında son yarım il ərzində soyuq silahla törədilən cinayətlərin sayı artıb. Bu üzdən yerli polis əhali, xüsusən də gənclər arasında profilaktik söhbətlər aparıb.

Sentyabr ayı üçün isə əlavə tədbirlər planı həyata keçirilib.

Tədbir bundan ibarətdir ki, üzərində gəzdirdiyin istənilən soyuq silahı könüllü surətdə yerli polis idarəsinə təhvil verirsən və buna görə məsuliyyətdən azad olunursan. Görünən odur ki, Britaniyanın hətta cinayətkarları belə qanunpərəstdir.

Polis elan verdikdən az sonra insanlar yerli şöbəyə axışaraq, soyuq silahlarını təhvil veriblər. Şöbədə əməlli-başlı kolleksiya yaranıb. Polisləri ən təəccübləndirən isə vətəndaşlardan birinin təhvil verdiyi 4 tiyəli, Çinin Şaolin rahiblərinin istifadə etdiyi döyüş silahı olub. Belə bıçağı britaniyalılar ancaq filmlərdə görmüşdülər.

Publika.az polis şöbəsində yığılan soyuq silahların fotolarını təqdim edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm