Tənha qalan kişi özünə ana axtarır – FOTO
Bizi izləyin

Bilgi.az

Tənha qalan kişi özünə ana axtarır – FOTO

Çində ortayaşlı kişi özünü o qədər tənha hiss edib ki, ana qayğısına ehtiyac duyub.

Ona görə də Quan-İn Tsuy milyon yuan (160 min dollar) məbləğində pulun əvəzində təqaüdçü qadınlardan ona analıq etmələrini istəyib.

Kişi bütün yaşlı qadınları özlərini ana kimi sınamağa dəvət edir. Çinli kişi başa düşür ki, heç bir yaşlı qadın ona analıq etməz. Ona görə də o, bunun müqabilində pul da təklif edir.

Çində artıq məşhur olan Tsuy ana axtarışını internet vasitəsi ilə etməyib. Özünə ideal ana axtaran yaşlı kişi bütün işləri öz öhdəsinə götürüb. O, yerli parkların birində duraraq qırmızı rəngli lövhədə istəyini yazıb və əlində saxladığı fənərdə nömrəsini qeyd edib. Onun şərtlərinə görə, analıq etməyən istəyən qadının yaşı 57-dən aşağı olmamalı, qadın yaxşı təhsilə malik olmalıdır. Bundan başqa, "ana" keçmişində narkotik maddələr istifadə etməməli və xarici ölkələrə getməməlidir. Tsuy yalnız bioloji valideynləri kimi özünə yaxın hiss etdiyi qadını analığa götürə biləcəyini də qeyd edib.

Quan-İn Ley uşaq evində tərbiyə alıb. Lakin bu, onun yaxşı təhsil görməsinə və karyerada uğur qazanmasına mane olmayıb. İllər sonra o, öz uğurlarını bölüşəcəyi, "övladı" ilə fəxr edəcək anaya ehtiyac duyub.

O, ailə qurmaq əvəzinə, anaya sahib olub, onunla dərdləşməyi üstün tutur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm