Prezidentin nəvələri məktəbdə - FOTO
Bizi izləyin

Bilgi.az

Prezidentin nəvələri məktəbdə - FOTO

Prezident İlham Əliyevin nəvələrinin yeni fotosu yayılıb. Fotolar dövlət başçısının böyük qızı Leyla Əliyevanın adını daşıyan Facebook səhifəsində paylaşılıb.

Yeni fotoda əkizlər Əli və Mikayıl ataları Emin Ağalarovla əks ediliblər.

Əllərində gül dəstəsi olan balacalar Azərbaycanın dövlət rəmzləri - bayraq, himn və gerbin fonunda dayanıblar. Emin Ağalarov İnstagram səhifəsindəki fotonu belə şərh edib. "Bir az gec olsa da, nəhayət, məktəbdə ilk gün".

Qeyd edək ki, əkiz olan Əli və Mikayıl prezidentin böyük qızı Leyla Əliyevanın övladlarıdır. Dövlət başçısının nəvələrinin şəkilləri müntəzəm olaraq valideynlərinin sosial səhifələrində paylaşılır.




Oxumağa davam et
Reklam
Reklam

Gündəm