• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İlan oğlan – FOTOLAR

  • Maraqlı
  • 24 Sentyabr 2014 12:26
  • 1 716 Baxış
İlan oğlan – FOTOLAR

İndoneziyalı yeniyetmə oğlan hər iki gündən bir ilan kimi dərisini dəyişdiyi üçün ona "ilan oğlan" adı verilib. Eritroderma dəri xəstəliyindən əziyyət çəkən oğlan dərisinin soyulmasının qarşısını almaq üçün nəmləndiricidən istifadə edir.

"Qırmızı adam sindromu" kimi tanınan xəstəliyə görə Ari Vibovonun dərisi artıq 16 ildir ki, hər 41 saatdan bir dəyişir. Buna görə də, 16 yaşlı oğlan gecə və gündüz bədənini nəm edir və 3 saatdan bir losyondan istifadə edir.

Onun həyat hekayəsini sənədləşdirən fotoqraf Nurkolis Anhari Lubis oğlanın vəziyyətini "dərisini dəyişmək üzrə olan ilanın qabıq tökməsinə" bənzədib.

Lubis deyib: "Bu, həqiqətən də, çox kədərlidir. Ari normal dəri ilə doğulmayıb, sanki onun bədəni yanıb. Onun bədəni təpədən dırnağadək bu haldadır. Əgər o, bədəninə su vurub nəmləndirməsə, bədənində dəri büzüşür və ondan canlı heykəl yaradır. Nəticədə, bərkimiş dəri ucbatından Arinin hərəkət etməsi çətinləşir. Əgər o, uzun müddət bədənini baxımsız qoysa, onda o, nitq qabiliyyətindən də məhrum olacaq, çünki ağzının içərisindəki qırışlar bərkiyəcək və sonda bütün bədənindəki qan da donacaq".

Ari doğularkən həkimlər bu xəstəliyin əlacı olmadığını deyib və valideynlərə ondan imtina etməyi tövsiyə ediblər. Lakin onun ailəsi uşağın qayğısına qalaraq, onun bədənini nəmləndirmək üçün növbəyə düzülüblər.

Oğlan normal həyat yaşayır, amma fərqli olduğundan özünə dost tapmaqda çətinlik çəkir. Məktəbdə heç kəs onunla ünsiyyət qurmadığından Ari dərslərini təkbaşına hazırlayır.

Lubis deyir: "Heç bir məktəb onu qəbul etmir, çünki onun xəstəliyinin müəllim və şagirdlərə keçəcəyindən narahatdırlar".

Öz doğma kəndində isə Arinin vəziyyətini xurafatla bağlayanlar da az deyil. Sakinləri hesab edir ki, əgər hamilə qadın hər hansı bir heyvanı incidərsə, qadının cəzası bətnindəki körpəsinə keçir. Bəzi insanlar düşünür ki, Arinin anası hamilə olarkən evdə tapdığı "kərtənkələni incidib".

Lubis deyib: "Mən əfsanələrə inanmasam da, İndoneziyada kifayət qədər insan bu hekayələrlə maraqlanır. Mən Ariyə yaxınlaşıb şəklini çəkmək istədikdə əvvəl o utandı. Lakin həyat hekayəsini qələmə almağa etiraz etmədi".

Dərisi qabıq verdiyindən, Arinin nitqində problem var. Bundan əlavə, Arinin sağ gözü də zədələnib. Gözün üzərini örtən dəri qabıqladığından, o, daim gözünə dərman damızdırmalı olur.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR