Emin Ağalarov haqqında bilmədiyimiz faktlar - VİDEO
Bizi izləyin

Bilgi.az

Emin Ağalarov haqqında bilmədiyimiz faktlar - VİDEO

Azərbaycanlı iş adamı, bəstəkar və müğənni Emin Ağalarov "ELLE"-nin yeni layihəsində qonaq olub.

Tabloid.az xəbər verir ki, "Elle faktlar" ("ELLE ФАКТЫ") adlanan qısa müsahibədə qəhrəmanlar özləri haqqında ən maraqlı faktları danışırlar. Məşhurların həyatı və suallara cavabları "canlı" formada – video görüntü vasitəsilə oxuculara təqdim olunur.

İlk müsahib Emin Ağalarov olub. O, bir neçə dəqiqəlik müsahibədə uğurlu sahibkar, musiqiçi və müğənni olmasından söhbət açıb. Həyat prinsiplərindən, məşğuliyyət və vərdişlərindən danışıb:

"Mən atayam, iki oğlum var. Ona görə də daha da məsuliyyətli olmaq, onlara vaxt ayırmaq lazımdır".

Xaraktercə romantik ruhlu praqmatik insan olduğunu deyən E.Ağalarov "ailəm bizneslə məşğul olduğu üçün hər zaman bizneslə maraqlanmışam"-deyib:

"Hətta biznes sahəsi ilə bağlı təhsil də almışam. Musiqi ilə məşğul olmaq isə arzum olub. Hazırda musiqi ilə də ən az biznes qədər ciddi məşğul oluram".

Eminin həyatda kumiri - biznesdə atası Araz Ağalarov, musiqidə isə Müslüm Maqomayevdir:

"Özümün sevdiyim mahnımı isə hələ ki, bəstələməmişəm".

Emin deyib ki, onun üçün dünyanın ən gözəl qadını anasıdır:

"Qadınlarda məni daha çox cəlb edən səmimiyyət, ciddilik və tərbiyədir".

Sən demə, müğənni səhərlər iki variantda olan yeməyə üstünlük verir:

"Səhər yeməyinə, həmişə iki variantım olur: pomidor- yumurta, ya da yulaf yarması ilə süd. Gün ərzində isə gah çay, gah da qəhvə içirəm. Bu mənim işlə bağlı yanıma gələn qonaqlarıma baxır. Soruşuram, çay içirsiniz, yoxsa qəhvə? Cavab çay olanda, çay, qəhvə olanda isə qəhvə içirəm. Viski istəyirsiniz? Lap yaxşı, o zaman sizinlə viski içərik".

Verilişin video görüntüsünü Tabloid.az oxucularına təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm