Polislə evlərinə girdi: bütün ölkəyə rüsvay oldular
Bizi izləyin

Bilgi.az

Polislə evlərinə girdi: bütün ölkəyə rüsvay oldular

Yaşadığı bölgənin polislərinə evinin qapısını açan ailə bütün kənddə rüsvay oldu.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Osmaniyə bölgəsində yaşayan ailə tanıdığı polislərin onların evində çəkiliş etmək təklifinə müsbət cavab verib, nəticədə ev sahibləri böyük bir problem yaşayıblar.

Polislər yeni həmkarlarını yetişdirmək üçün təlim məqsədi ilə axtarış əməliyyat tədbiri keçirəcəklərini və bunu kameraya çəkəcəklərini bildirirlər. Ailə polisə kömək etdiyini düşünüb, hətta oğlanlarının da oğru kimi çəkilməsinə də razılıq verib.

Lakin bir neçə gün sonra televiziyada həmin çəkilişi görəndə aldadıldıqlarını anlayıblar. Belə ki, televiziyada həmin çəkiliş həqiqi oğruların axtarılması və ələ keçirilməsi kimi təqdim edilib.

İndi ailə onları tanıyanlara bunun yanlış olduğunu izah etməkdə çətinlik çəkir. Bu xəbər həm də onların gündəlik həyatlarına təsir edib.

Ailə artıq insanların onlara oğru kimi baxdıqlarını deyib və buna görə də polisi məhkəməyə verəcəklərini açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm