Körpələri suda boğub, siçovullara yedizdirərdilər - Bir mamaçanın xatirələri
Bizi izləyin

Bilgi.az

Körpələri suda boğub, siçovullara yedizdirərdilər - Bir mamaçanın xatirələri

Bir daha bu hadisələrin təkrarlanmaması üçün bunları bilmək lazımdır.

Polşadan olan Stanislava Leşinska 1945-ci ilin yanvar ayına kimi 2 il müddətində Auşvits həbs düşərgəsində mamaça işləyib. O, yalnız 1965-ci ildə aşağıda təqdim olunmuş raportu yazıb.

"Mamaça kimi işlədiyim 35 il ərzində, 2 ilimi Auşvits qadın həbs düşərgəsində dustaq kimi olmuşam. Öz peşəkar xidmətimi orada davam etdirirdim. Düşərgəyə yerləşdirilən çoxsaylı qadınlar arasında hamilə olanları da çox idi.

Mamaça funksiyamı növbə ilə 3 barakda həyata keçirdirdim. Doğuşlar, adətən, siçovul tərəfindən gəmirilmiş yarıqlı lövhə üzərində aparılırdı. Barakın içərisində çirkli samanla örtülmüş üçmərtəbəli çarpayılar qoyulmuşdu. Çılpaq qadınlar toz basmış samanın üzərində uzanmalı idi və bu isə onlara ağrı verirdi. Barakın ortasında isə kərpicdən hörülmüş soba vardı. Doğuşlar məhz bu sobanın yanında həyata keçirilərdi. Sobanı isə ildə bir dəfə yandırardılar. Ona görə də tavandan buz salxımı asılardı və biz əzabverici soyuq altında da qadınları doğuzdurardıq.

Doğuş zamanı su lazım gəlirdi. Suyu isə mən vedrədə gətirərdim. Bunun üçün mənə 20 dəqiqə vaxt lazım idi.

O vaxta qədər doğan qadının halı pisləşirdi, mamaçanın isə işi daha ağır idi: əlinin altında heç bir aseptik vasitə və sarğı materialları yox idi. Düşərgədə olan alman həkimləri köməyə çağıra bilməzdim, çünki onlar başqa millət nümayəndəsinə xidmət göstərmirdi. Onları köməyə çağırmağa hüququm yox idi.

Mən qonşu bölmədə çalışan polyak əsilli həkimin köməyindən yararlanardım. Xəstələrin həyatı üçün vuruşan həkimlərin qəhrəmanlığından danışmaq istərdim. Auşvitsdəki həkimlərdən biri ölüm cəzasına məhkum olunmuş dustağın həyatı üçün mübarizə aparmaqla öz həyatından məhrum olub. Orada həkimlər hər hansı bir şöhrət, ad-san uğrunda çalışmırdı. Onlar, sadəcə, həkimlik borcunu yerinə yetirirdi.

Mən 3000-dən çox doğuşa yardım etmişdəm. Çirk, siçovul, qurd, infeksion xəstəliyin olması, su və tibbi ləvazimatların çatışmazlığı və bu kimi deyilməz dəhşətlərin olmasına baxmayaraq, orada qeyri-adi hadisələr baş verirdi.

Doğuşa hazırlaşan qadın uzun müddət çörəkdən imtina etməli idi. O, buna görə mələfə alırdı. Qadın mələfəni hissələrə parçalayaraq körpəsi üçün bələk düzəldərdi.

Bulaşmış bələyi isə təmizləməkdə çətinliklər vardı. Qadınların barakı tərk etməsinə qadağa qoyulmuşdu. Bundan əlavə, qadınlar barakın da içərisində sərbəst hərəkət edə bilməzdi. Bulaşmış bələk elə uşaqların bədənində quruyardı.

1943-cü ilin may ayına kimi Auşvits düşərgəsində doğulan körpələr vəhşicəsinə qətlə yetirilirdi: onları çəlləyin içərisində boğardılar. Pfani və Klara adlı tibb bacıları doğulan körpələri siçovullara yem edərdi.

1943-cü ilin may ayından sonra bəzi uşaqların vəziyyəti dəyişdi. Mavigöz və açıq saçlı uşaqların milliyyətini dəyişmək üçün Almaniyaya aparardılar. Körpələr analarının əllərindən alınarkən baraklardan anaların göz yaşları və nalələri ucalardı.

Yəhudi uşaqlarını vəhşicəsinə boğmaqda davam edərdilər. Onları qorumaq və ya qeyri-yəhudi uşaqların arasında gizlətmək kimi üsullardan da istifadə etmək olmurdu. Alman tibb bacıları Klara və Pfani yəhudi qadınların doğuşunu izləyərdi. Doğulmuş uşağı anasının nömrəsi ilə işarələyərdilər və onu çəlləkdə boğub barakdan tullayardılar.

Başqa uşaqların taleyi isə daha acınacaqlı idi: onlar acından yavaş-yavaş tələf olurdular. Onların dərisi o qədər nazikləşirdi ki, vətər və damarları görsənirdi. Onların arasında daha çox sovet uşaqları möhkəm dayanırdı, dustaqların 50 faizi sovet ölkələrindən idi.

Düşərgədə baş verən faciə isə heç cürə xəyalımdan çıxmır. Qadınlardan biri uşağını dünyaya gətirdikdən sonra nəzarətçi onun nömrəsini səsləndirdi ( düşərgədə dustaqlar nömrə altında çağırılardı ). Onu krematoriyaya çağırırdılar. Körpəsinin öldürüləcəyindən xəbər tutan qadın uşağını sinəsinə basaraq laylay oxumağa çalışdı, lakin... lakin soyuqdan dodaqları tərpənmədi.

Gücü olmadığı üçün qadın dodaqlarını açıb körpəsini sakitləşdirə bilmirdi. Yalnız iri göz yaşları yanaqlarından süzülərək balacanın üstünə tökülürdü.

Bunları görərkən beynimdə yalnız bir fikir vardı. Bu uşaqlar diri doğulmuşdu. Onların məqsədi yaşamaq idi! Düşərgədə 30 uşaq güclə sağ-salamat qaldı. Yüzdən artıq uşaq milliyyətinin dəyişdirilməsi üçün Almaniyaya aparıldı, 1500-dən çoxusunu suda boğdular, 1000-dən çox uşaq isə acından və soyuqdan həlak oldu.

Hərbi düşərgədə doğulan uşaqların əksəriyyəti sağlam, gözəl və toppuş doğulardı".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm