Qnu maralları ilə zebraların savaşı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qnu maralları ilə zebraların savaşı - FOTOLAR

Afrikada Qnu maralları var. Sürü halında otlayan bu cütdırnaqlılar fəsiləsindən olan heyvanlar savannadakı yırtıcıların əsas menyusuna daxildir.

Lakin miqrasiya dövründə, on minlərlə qnu maralları sürüsü köç edəndə heç bir aslan, yaxud diğər yırtıcı bu sürünün qarşısına çıxmağa ürək etmir. İstənilən heyvanı, hətta filləri tapdalayıb keçərlər.

Vəhşi təbiəti çəkməklə məşhurlaşan 45 yaşlı fotoqraf Viktoras Dubinkas Tanzaniya Milli Parkında maraqlı kadrlar çəkib. Şəkillərdən görünür ki, çaydan keçən qnu marallarına zebralar da qoşulmaq istəyib. Görünür, çayin o tayındakı yaşıl otlaqlar onları cəlb edirmiş. Ancaq qnu maralları aralarına soxulan zebralara əməllicə "dərs" keçirlər.

Publika.az Dubinkasın çəkdiyi fotoları təqdim edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm