• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Belqradda "mavilərin" yürüşü keçirilib

  • Maraqlı
  • 29 Sentyabr 2014 05:29
  • 647 Baxış
Belqradda "mavilərin" yürüşü keçirilib

Belqradda "mavilərin" yürüşünün mühafizəsi üçün zirehli texnika tətbiq olunub.

Serbiya paytaxtının mərkəzi küçələri üçün hüquq-mühafizə orqanlarının minlərlə əməkdaşı çıxarılıb. Şəhər üzərində polis helikopteri patrul çəkib.

Trend Reuters agentliyinə istinadən bu barədə məlumat verir.

Yürüşdə bir neçə yüz nəfər iştirak edib.


Agentliyin qeyd etdiyinə görə, hüquq-mühafizə orqanları "mavilərə" qarşı mümkün kütləvi iğtişaşların qarşısını ala biliblər.

Belqradda cinsi azlıqlar yürüşləri sonuncu dəfə 2010-cu ildə keçirilib.

Hakimiyyət yürüşlərə qoyulan qadağaları təhlükəsizlik mülahizələri ilə izah ediblər. Amma Reuters qeyd etdiyi kimi, indi serbiya rəhbərliyi, Avropa İttifaqına sübut etməyə çalışır ki, bütün insanların hüquqlarını qoruya bilər, o cümlədən cinsi azlıqların.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR