• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Beriyanın edamı: “Əclafın gözlərini bağlama, qoy görsün”

  • Maraqlı
  • 29 Sentyabr 2014 11:50
  • 2 392 Baxış
Beriyanın edamı: “Əclafın gözlərini bağlama, qoy görsün”

Publika.az istedadlı tədqiqatçı Adıgözəl Məmmədovun M.C.Bağırovun məhkəməsinə gün işığı tutan araşdırmasını dərc edir. Bu tədqiqatın hər kəs üçün maraqlı olacağını düşünürük.

Əvvəli bu linklərdə

http://publika.az/p/30792

http://publika.az/p/44380

РГАСПИ. F. 17. Siy. 171. İş. 471. Səh. 46

Sovet İttifaqı Kommunist Partiyası

Mərkəzi Komitəsi

№П41/1

Yol. Rudenko

14.ХI.1953-cü il.

MK RH-nin 13 iyul 1953-cü il tarixli iclasının 14 nömrəli protokolundan çıxarış

Beriyanın işi əlaqədar SSRİ Baş prokurorunun təklifəri barədə

SSRİ baş prokuroru yol. Rudenkoya tapşırılsın:

а) Xüsusi məhkəmənin təşkili barəsində SSRİ Ali Məhkəməsinin iştirakını, qeydlərini və MK RH-nin iclasındakı fikir mübadiləsini nəzərə alaraq, bir həftə ərzində Beriyanın, onunla birlikdə Merkulovun, Dekanozovun, Kobulovun, Qoqlidzenin, Meşikin və Vladimirskinin işi ilə əlaqədar ittiham rəyi və bir də, SSRİ Ali Sovetinin fərmanının layihəsi hazırlansın;

b) üç gün ərzində MK RH-nın iclasında səslənən rəyləri nəzərə alaraq, "SSRİ Prokurorluğunda" xəbərinin mətni hazırlansın.

MK KATİBİ

---------------------------------------------------------------------------

РГАСПИ. F. 17. Siy. 171. İş. 471. Səh. 47-50.

SSRİ Ali Məhkəməsinin iştirakı ilə L.P.Beriyanın və başqalarının ittiham işinə baxmaq üçün SSRİ baş prokuroru Rudenkonun 12 oktyabr 1953-cü il tarixli Xüsusi məhkəməsi

Xüsusi qovluq

П469

9. Х1. 53-cü il.

Sov.İKP MK RH üzvlərinə

SSRİ AS RH fərmanının layihəsi

SSRİ Ali məhkəməsinin iştirakı ilə L.P.Beriyanın və başqalarının ittiham işi üzrə yol. Rudenkonun 12.Х.53-cü il tarixli № 476/t.məxfi Xüsusi məhkəməsi.

Çap olunub 16 ədəd.

Nişan:

Yol. İ.A.Bulqanin və A.B.Mikoyan

Bu sənədlə tanış oldular və əlverişli hesab edirlər

Bu məsələyə baxılması üçün MK Rəyasət Heyəti üzvlərinə ezamiyyətdən qayıdandan sonra.

12.Х.53-cü il [imza çətin oxunur]

Tam məxfi

Sov.İKP MK Rəyasət Heyəti

Yoldaş Q.M.Malenkova

Yoldaş N. S.Xruşşova

Beriya və əlaltılarının işi barədə istintaq bitmək üzrədir.

Bu iş üzrə müttəhim qismində cəlb olunublar: Beriya L.P., Merkulov V.P., Kobulov B.Z., Qoqlidze S.A., Vladimirski L.Y., Meşik P.Y. Bundan başqa, həbs olunan və cinayət məsuliyyətinə cəlb edilən daha 44 nəfər Beriya ilə əlbir olanlardır, onların işləri üzrə ayrı istintaq aparılıb.

Təklif edirəm Beriyanın, Merkulovun, Kobulovun, Qoqlidzenin, Vladimirskinin və Meşikin ittiham işi baxılmaq üçün SSRİ Ali Məhkəməsinin iştirakı ilə aşağıdakı tərkibdə seçilmiş Xüsusi məhkəməyə verilsin:

Xüsusi məhkəmənin sədri - Sovet İttifaqı marşalı Konev İ.S.,

Xüsusi məhkəmənin üzvləri:

Volin A.A. - SSRİ Ali Məhkəməsinin sədri,

Moskalenko К. S. - ordu generalı, Moskva hərbi dairəsinin komandanı,

Zeydin Y. L. - ədliyyə general-leytenantı, SSRİ Ali Məhkəməsinin sədr müavini,

Lunev K. F. - SSRİ daxili işlər nazirinin birinci müavini.

SSRİ Ali Məhkəməsinin Xüsusi məhkəmə icraatına Beriyanın və başqalarının işinin baxılması üçün SSRİ Ali Soveti Rəyasət Heyətinə fərmanın layihəsi təqdim olunur.

Beriyanın və onunla əlbir olanların ittiham işində elə məlumatlar var ki, onlar dövlət sirrinə aiddir, ona görə də 1 dekabr 1934-cü il tarixli Qanuna əsasən bu işə tərəflərin iştirakı olmadan qapalı məhkəmə iclasında baxılmalıdır.

Müttəhimlərin cinayətlərinin ağırlığını nəzərə alaraq, hesab edirəm ki, Beriya, Merkulov, Kobulov, Qoqlidze, Meşik və Vladimirski barəsində ən ali cinayət cəzası - güllələnmə (əl ilə yazılıb) tətbiq edilməlidir.

[möhür.] SSRİ Baş prokuroru R.Rudenko

12 oktyabr 1953-cü il

№ 476/t.məxfi.

Əslidir. Maşın yazısı.

L.P.Beriyanın həbs dustaqlığına şahid olan Xijnyak 1994-cü ildə "Veçernyaya Moskva" qəzetinə verdiyi müsahibəsində deyirdi:

Beriyanın məhkəməsi bütov bir ay çəkdi. Onun hökmünü oxuyandan sonra general Moskalenko məni yanına dəvət etdi. O mənə əmr etdi ki, Beriyanın paltarını onun Kaçalov küçəsindəki yaşadığı mənzildən gətirim. Bu ünvana getdim və mənə bir qadın onun qara kostyumunu verdi (ehtimal ki, bu qadın operativ işçilərdən idi, ona görə ki, onun həyat yoldaşı və oğlu həbs olunmuşdular – A.M.). Bunkerə qayıdanda mən onun boz kostyumunu əynindən çıxartdım və yandırdım (görünür, Kremldə həbs zamanı Beriya boz kostyumda olmuşdu – A.M.). Mən ona qara kostyum geyindirəndə, o, başa düşdü ki, sonra nə olacaq.

Mən iki dülgərlə birlikdə 3х2 metr ölçüdə taxtadan lövhə düzəltdim və onu divara bərkitdilər…

Beriyanı bunkerin yataq hissəsindən zala gətirdilər. Mən onu lövhənin yanına gətirdim, əllərini arxadan bağladım.

Beriya özünü çox qürurlu aparırdı, ancaq sifəti ağarmışdı. Mən onun gözlərini bağlamaq istəyəndə general Batitski mənə qışqırdı: "Gözlərini bağlama, qoy əclaf gözlərilə görsün!". Məhkəmə üzvləri Mixaylov, Şvernik, Batitski, Moskalenko, onun adyutantı və prokuror Rudenko bunkerin zalında idilər. Həkim yox idi. Onlar Beriyadan 5-6 metr kənarda durmuşdular. General Batitski bir addım irəli yeridi, öz "parabellumunu" çıxardı və Beriyanı güllələdi. Öləndən sonra onun cəsədini brezentə bükdülər və maşına qoydular".

Beləliklə, 23 dekabr 1953-cü ildə hərbi tribunalın aktına əsasən, onlar hamısı - Kobulov Boqdan Zaxaryeviç - təvvəlüdü 1904-cü il, Merkulov Vsevolod Nikolayeviç - təvvəlüdü 1895-ci il, Dekanozov Vladimir Georgiyeviç - təvvəllüdü 1888-ci il, Meşikov Pavel Yakovleviç - təvvəllüdü 1910-cu il, Vladimirski Lev Yemelyanoviç - təvvəlüdü 1907-ci il, Qoqlidze Sergey Arsenoviç - təvvəlüdü 1901-ci il, güllələnmişdilər.

РГАСПИ. F. 17. Siy. 171. İş. 474. Səh. 33-44.

SSRİ baş prokurorunun məlumatı (qısaldılmış)

Məxfi

yoldaş N.S.Xruşşova

Xalq düşməni Beriyanın işi üzrə müqəssir bilinənlərin törətdikləri cinayət işləri və məsuliyyətləri barədə müttəhim şəxslərin məlumatı.

İndiki iş üzrə istintaq müəyyən etdi ki, müqəssirlər tərəfindən xalq düşməni Beriya ilə sıx əlaqələr qurulmuşdur. Ona yaxın və əlbir olanlarla - B. Kobulov, Qoqlidze, Merkulov və başqaları ilə bağlı əldə olunmuş məlumatlar göstərdi ki, müttəhimlərin qaranlıq keçmişi olmuş, onlar müxtəlif cinayətlərdə antisovet ünsürlərlə əlaqə qurmuş, törətdikləri cinayətlər qərəzli olmuş və vəzifələrindən sui-istifadə etmişlər.

Sui-qəsd qrupunun üzvləri Kobulov, Qoqlidze və b. başçıları Beriyanı səliqə ilə qoruyur, öz əlbirlərini məsuliyyətdən gizlədir və sonrakı illərdə sui-qəsdçilərdən öz cinayət məqsədləri üçün istifadə edirdilər.

Müttəhim Rapavanın şəxsiyyəti və onun Beriyaya daha yaxınlığı bir neçə şahidin ifadəsilə və işin başqa materialları ilə səciyyələnir. Belə ki, şahid Uruşadze T. L. göstərdi:

"Rapava A.N. Beriyanın adamıdır. Onun arvadı zadəgən ailəsindəndir, görkəmli menşevik Jordaniyanın əmisi qızıdır, Rapavanın qayını Jordaniya Qiqo sərhədi qeyri-leqal keçərək Türkiyəyə keçmişdir və indi Parisdə yaşayır" (t.l.d.).

Şahid Barski Y.P. göstərdi:

"1938-ci ildə mən Rapavanın şəxsi işini təsadüfən oxudum və sənəddən oyrəndim ki (onun şəxsi işinin içində idi), o, 1917-1920-ci illərdə sosial-fedaralistlər partiyasında olub, partiyadakılar çalışırdılar ki, müstəqil burjua Gürcüstanı İngiltərənin protektoratı altında olsun.

Həmin 1938-ci ildə Beriya daxili işlər xalq komissarı vəzifəsinə sovet dövlətinə düşmən olan belə bir partiyanın üzvü Rapava kimi insanı irəli çəkdi" (t.l.d.).

Məhkum olunmuş, indi xalq düşməni olan Qoqlidze, Rapavanın səciyyəvi xüsusiyyətlərindən və onun Beriyaya qarşı münasibətindən danışarkən göstərdi: "Rapavanı mən 1938-ci ildə Zaqafqaziya xalq daxili işlər komissarı vəzifəsinə təyin olunmağımdan sonra yaxından tanıdım. Stepanov və Rapava mənim müavinlərim oldular... 1938-ci ilə qədər Rapava ilə işləyərkən mənə məlum idi ki, o, Beriyanın ən yaxın adamıdır, onunla dostluq edirdim, bir evdə yaşamışıq, bir-birimizin yanına gəlib-gedirdik. Nə üçün Beriya Rapavanı dəstəkləyirdi və irəli çəkirdi, mən dəqiq bilmirəm, ancaq deyə bilərəm ki, Rapava Beriyanı BSİ-nin nümayəndələri ilə mübarizəsində dəstəkləyirdi, onlarla Beriyanın münasibətləri ədavətli, qərəzli idi və o da tədbirlər görürdü ki, hamısını qovsun; buna o, son nəticədə nail oldu" (t.l.d.).

Böyük Vətən müharibəsində Rapavanın qardaşı almanların əsirliyinə düşərək Vətənə xəyanət etdi və Hitlerin partiyasına daxil oldu. Bu barədə Beriyaya, Merkulova və sui-qəsd qrupunun başqa üzvlərinə məlum oldu, onlar Rapavaya xəbər verdilər ki, onun qardaşı vətənə xəyanət edib.

Xalq düşməni Merkulov göstərdi ki, o, 1946-cı ildə Rapavaya onun qardaşı barəsində Silahlı qüvvələr nazirliyindən aldığı məlumatı çatdırmışdı; məlumatdan aydınlaşırdı ki, keçmiş kimya xidməti diviziyasının rəisi, polkovnik K.Rapava əsirlikdə olarkən Vətənə xəyanət etmiş və Hitlerin faşist partiyasına daxil olub.

Bu sənədin Rapavaya göndərilməsinə gəldikdə isə, Merkulov göstərdi ki, Silahlı qüvvələr nazirliyinin məlumatını Rapavanın adına hansı məqsədlə göndərməsi yadında deyil, lakin güman edirdi ki, bu sənəd sonuncu üçün sirr deyil.

Həmin dindirmə protokolunda, Beriya-Rapava münasibətlərini səciyyələndirərək Merkulov bildirirdi:

"Beriya Gürcüstanda işləyərkən Rapava onun bağ evində olub. Beriya Rapavanı işdə həmişə irəli çəkirdi. Beriya 1953-cü ildə Rapavanı dövlət nəzarəti naziri vəzifəsinə irəli çəkdi (t.l.d.)".

Müttəhim Ruxadze, Tseretelinin Beriyaya xüsusi yaxınlığını aşağıdakı kimi göstərdi:

"1918-ci ildə Gürcüstana qayıdarkən, Tsereteli menşeviklərin hökumətində ordu zabiti xidmətində olub (t.l.d.).

Gürcüstanda sovet hakimiyyəti qurulanda Tseretelini milisi öldürülməsi ilə əlaqədar həbs edirlər (t.l.d.).

Tsereteli özgə sosial mühitdən çıxan adamdır və siyasi cəhətdən etibardan düşmüş insandır; bunları bilə-bilə Beriya Gürcüstanın və Zaqafqaziya federasiyasının BSİ sədri işləyən zaman Tseretelini hər cür vasitə ilə özünə yaxınlaşdırırdı, onu xidmətdə irəli çəkirdi, ona xüsusi tapşırıqlar verirdi, onun barəsində hər cür qayğı göstərirdi.

Beriyanın xüsusi tapşırıqları üzrə Tsereteli 1926-cı ildə Türkiyəyə, 1928-ci ildə isə İrana gedib (t.l.d.).

Beriyanın Yaqodiyə 24 fevral 1933-cü il məktubundan görünür ki, o, həqiqətəndə Tsereteliyə xüsusi qayğı göstərib (t.l.d.)".

Şahid Kvilividzenin ifadəsinə görə, 1934-1935-ci illərdə həbs olunmuş Maqalaşvili Nestoru dindirərkən öyrənmişdi ki, alman kəşfiyyatçısı qraf fon Şulenberq (alman agentlərinin hazırlanması ilə məşğul olurdu) Gürcüstan komitəsinin və liqanın fəaliyyətini öyrənirmiş.

Şahid Kvilividze ifadəsində deyirdi:

"Maqalaşvilinin işindən mənə məlum idi ki, Birinci dünya müharibəsi dövründə - 1914-1918-ci illərdə Ş.O.Tseretelinin Almaniya kəşfiyyatı ilə, bilavasitə Almaniyanın ordu zabiti fon Şulenberqlə (o, 1914-1915-ci illərdə Türkiyə ərazisində yerləşən Gürcüstan milli legionunun zabiti idi) əlaqəsi var idi (t.l.d.)".

Şahidin ifadəsindən görünür ki, bu barədə o, Qoqlidzeyə məruzə edirdi, lakin Maqalaşvilinin istintaqı barəsində və Tsereteli haqqında heç bir göstəriş almayıb.

1937-ci ildə Beriyaya, Qoqlidzeyə və B.Kabulova xəbər verdilər ki, Tsereteli və Ruxadzenin antisovet fəaliyyəti haqqında məlumat var. Bu cür məlumatlardan sonra şübhəli şəxslər həbs edilsə də, Tsereteli və Ruxadze barədə belə nəticəyə gəlmədilər, onların haqqında kompromat materiallar yoxlanılmamış qaldı. Sonralar bu materiallar Ruxadzenin göstərişilə məhv edilib.

Xalq düşməni B. Kobulov istintaqda təsdiq etdi ki, Gürcüstan SSR XDİK-də Tseretelinin antisovet fəaliyyəti barədə məlumat var idi və bu materiallar Beriyaya məruzə olunurdu, lakin o, göstəriş verdi ki, məsuliyyətə cəlb olunmasın. Beriya 1938-ci ildə SSRİ daxili işlər xalq komissarı vəzifəsinə keçəndən sonra, o, əlbir olduğu şəxsləri, o cümlədən, Tseretelini həm SSRİ XDİK aparatında, həm də digər yerlərdə rəhbər vəzifələrə təyin etdi. Bununla bərabər, Beriya konspirativ məsələlərdə, insanların gizli oğurlanması və öldürülməsi ilə bağlı cinayətlərin yerinə yetirilməsində Tseretelidən istifadə edirdi.

Xalq düşməni Beriya boynuna aldı ki, onun göstərişi ilə Tsereteli insanların gizli ogurlanması və öldürülməsi ilə məşğul olurdu, o, şahid ifadəsində göstərdi: "...Mən Tseretelini xüsusi qrup üçün - xüsusi tapşırıqları yerinə yetirmək, yəni döymək, şəxslərin gizli oğurlanması... üçün nəzərdə tutmuşdum, qrupa Sudoplatov rəhbərlik edirdi. Mənə sadiq şəxslər bu qrupa cəlb olunmuşdular" (t.l.d.).

Müttəhim Ruxadze göstərmişdi:

"1948-ci ildə mənim təkidimlə Tsereteli Gürcüstan SSR Dövlət təhlükəsizlik nazirinin müavini vəzifəsinsən azad olundu. Lakin Tsereteli şikayətlə Moskvaya, birbaşa Beriyanın yanına getdi. O isə SSRİ DİN-in sərəncamını verdi və Tseretelini Gürcüstanın dairə sərhəd qoşunlarının rəisi və Gürcüstan Daxili işlər nazirinin müavini vəzifəsinə təyin etdi. Gürcüstan DİN-in nazir müavinliyi Beriyanın göstərişi ilə yaradılmışdı. 1950-ci ildə sərhəd qoşunları DTN sisteminə keçəndən sonra Tsereteli yenə mənim müavinim oldu, zənnimcə, onun üçün bu vəzifəni xüsusi olaraq yenə də Beriyanın göstərişi ilə yaratmışdılar".

Tsereteli təsdiq etdi ki, 1948 və 1951-ci illərdə Beriyaya müraciət etmiş və o, hər ikisində də ona daxili işlər nazirinin müavini vəzifəsində qalmağa kömək etmiş, sonra da Gürcüstanın dövlət təhlükəsizlik nazirinin müavini olmuşdu.

Stalinin ölümündən sonra Beriya sovet dövlətinə qarşı təxribatçılıq fəaliyyətini daha da gücləndirdi, öz cinayətkar məqsədinə çatmaq üçün Daxili işlər nazirliyində rəhbər vəzifələrə "əlbirlər qrupunun" üzvlərindən təyin etməyə başladı. Bu vaxt Tsereteli SSRİ daxili işlər nazirinin müavini, Gürcüstan daxili işlər nazirinin müavini, Gürcüstan dairə sərhəd qoşunların rəisi vəzifələrini tutdu. Müəyyən olundu ki, 1953-cü ilin iyun ayında Beriyanın həbsindən bir neçə gün qabaq Tsereteli Kobulovu və qrupun digər üzvlərini təcili olaraq Moskvaya cağırıb və Kobulovla öz iş kabinetində - SSRİ DİN-in binasında görüşüb.

İttiham olunan şəxslərin siyasi siması, Savitski, Krimyan və Xazanla münasibətləri, Beriyanın başqa yaxın əlbirləri, sui-qəsd qrupunun üzvləri haqqında istintaq aşağıdakı məlumatları topladı:

Çar ordusu polkovnikinin oğlu, zadəgan, sovet hakimiyyətinə qarşı mübarizə edən agqvardiyaçı dəstələrin təşkilatçısı 1931-ci ildə Gürcüstan SSR XDİK orqanlarına daxil olmuş Savitskiyə xalq düşməni Kobulov B. tərəfindən xüsusi himayədarlıq göstərilirdi. Bir azdan sonra Savitski, Kobulov tərəfindən şöbə rəisi, sonra IV şöbə rəisinin köməkçisi vəzifələrinə təyin edilir.

1939-cu ilin aprelində GSSR XDİK rəhbərliyi dəyişəndən sonra Savitski gələcəkdə ondan istifadənin mümkün olmadığı üçün XDİK orqanlarından çıxarılaraq ehtiyata göndərilir.

1941-ci ildə Savitski Kobulovun köməyilə cəbhədən çağırılır və SSRİ SDİK-in VI şöbəsinin rəis müavini vəzifəsinə təyin edilir.

1943-cü ildə Kobulov SSRİ Dövlət təhlükəsizlik xalq komissarının müavini təyin edilir, Savitski onun yanına katib işinə təyin edilir.

1945-ci ildə Kobulovun göstərişi ilə Savitski SSRİ XDİK katibliyinin rəis müavini vəzifəsinə keçirilir. Kobulov Dövlət təhlükəsizlik xalq komissarının müavini vəzifəsindən azad ediləndən sonra isə Savitski xəstəliklə əlaqədar XDİK orqanlarından azad olunmağa müvəffəq olur.

L.P.Beriyanın əsgər Lavrenti İqnatyeviç Beriyanın bəzi məlumatlarından özünün tərcümeyi-halında istifadəsi haqqında.

21 oktyabr 1919-cu ildə Suxumidə hərbi tribunal məhkəməsində silahlı üsyanda iştirakına görə ikinci piyada polkunun əsgərləri N.Todua, Q.Çubinidze, B.Tsomaya, N.Nozadze və L.Beriya həbs olundular.

9 iyin 1920-ci ildə RSFSR-in Gürcüstandakı tam və səlahiyyətli nümayəndəsi S.M.Kirov nota ilə menşeviklər hökumətinin xarici işlər nazirinə Rusiya ilə Gürcüstan arasında bağlanmış müqavilənin 10-cu maddəsinə əsasən müraciət etdi və tələb etdi ki, 1919-cu ilin oktyabr ayında silahlı üsyanda iştirak etdiklərinə görə hərbi tribunalın hökmü ilə katorqa işlərinə məhkum olunmuş Nikolay Nozadze, Niya Todua, Georgia Çubinidze, Baqrata Tsomaya və Lavrenti Beriyanı Kutaisi həbsxanasından azad etsinlər.

Merkulov 1940-cı ildə Tbilisidə nəşr olunmuş "Lenin-Stalin partiyasının sədaqətli oğlu" kitabında bu sənəddən istifadə edərkən, şübhəsiz, Beriyanın razılığı ilə tarixi faktları saxtalaşdırıb və yalandan israr edib ki, S.M.Kirov Beriyanın Kutaisi həbsxanasından azad olunması üçün fəal tədbirlər görürdü.

İndiki vaxtda sənədlərlə müəyyən olunub ki, S.M.Kirovun 9 iyul 1920-ci il tarixli 327 №-li notasından göründüyü kimi, Lavrenti Pavloviç Beriya yox, başqa adam - ikinci piyada polkunun əsgəri Lavrenti İqnatyeviç Beriya həmən hissənin digər əsgərləri N.Todua, Q.Çubinidze, B.Tsomaya və N.Nozadze ilə birgə həbs olunub.

Əsgər L.İ.Beriya haqqında isitintaq materialları GSSR Oktyabr inqilabı adına Mərkəzi dövlət arxivindəki 421 və 424 saylı işlərdə 142-ci fondda saxlanılır. Bu məlumatları Beriyanın hökmündən sonra əldə etdik.

[möhür.] R. Rudenko

20 yanvar 1954-cü il.

№ 14/ls

Əsli. Maşın yazısı.

Adıgözəl Məmmədov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR