Avropada təyyarədə telefondan istifadəyə icazə verilib
Bizi izləyin

Bilgi.az

Avropada təyyarədə telefondan istifadəyə icazə verilib

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) uçuş zamanı mobil telefonları və başqa buna oxşar qurğuları işlək vəziyyətdə saxlamağın mümkün olduğunu elan edib. Trend xəbər verir ki, bu barədə "İnterfaks" BBC-yə istinadən xəbər yayıb.

EASA etiraf edib ki, belə elektron qurğular uçuşların təhlükəsizliyi üçün təhlükə törətmir. Hazırda sərnişinlər uçuş ərəfəsində ya öz telefonlarını söndürməli, ya da mobil rabitə üçün nəzərdə tutulmuş xüsusi rejimə keçirməlidirlər.

Bununla yanaşı, agentlik bildirir ki, hər bir aviaşirkət təyyarələrin göyərtəsində elektron qurğulardan istifadənin nə dərəcədə təhlükəsiz olduğunu özü sərbəst şəkildə qiymətləndirməli və əmin olmalıdır ki, onların siqnalları hava gəmisinin iş sisteminə təsir etmir. Odur ki, bir sıra aviaşirkətlərdə yeni qaydaların tətbiqi yubana bilər.

Beləliklə, EASA-nın qərarı avropalı sərnişinlər üçün təyyarə salonunda qalxma və enmə zamanı zəng vurmaq və ya uçuş zamanı Wi-Fi-dan istifadə etməklə bağlı normativ qadağanı aradan qaldırır. Lakin bu, o demək deyil ki, indi sərnişinlər fasiləsiz olaraq telefonla danışa bilərlər. Вirincisi, hər ehtimala qarşı yaxın illər ərzində 10 min metr yüksəklidə siqnal olmayacaq. İkincisi, aviaşirkətlər uçuş zamanı rabitənin və Wi-Fi-ın işləməsi üçün öz təyyarələrini avadanlıqlarla təchiz etməli olsalar, əlavə xərclər ödəməli olacaqlar.

Bundan başqa, sərnişinlərin bir çoxu buna qarşı olacaqlar və onların fikrini nəzərə almaq lazım gələcək. Məsələn, "British Airways" aviaşirkəti London-Nyu-York reysində yalnız biznes-klassda belə edir. Artıq bu reysin sərnişinlərinə telefonlardan istifadə etməyə icazə verilib. Amma bu halda yalnız Wi-Fi-dan istifadə etmək və SMS mesajları göndərmək olar, telefon zəngləri isə bloklanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm