Saqqallı qadın: “Ərim saqqalımı sevir” – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Saqqallı qadın: “Ərim saqqalımı sevir” – FOTOLAR

Kişilərin əksəriyyəti üzdəki tüklərlə mübarizə apardığı zamanda 65 yaşlı qazaxıstanlı qadın 20 santimetr saqqal uzadıb.

Qazaxıstanın Turbat kəndində yaşayan 65 yaşlı Muxtabor Torayevanın qəribə xarici görünüşü var: onun sifətini 20 santimetr uzunluğunda bığ və saqqal örtüb. Qadına xas olmayan bığ-saqqal saxlayan təqaüdçü nəinki öz kəndində, hətta ətraf kəndlərdə də məşhur olub. Maraqlısı isə odur ki, Muxtabor 42 illik uğurlu izdivacın sirrinin saqqalda olduğunu deyib.

Qadın fəxrlə söyləyib: "Üzümdə saqqal hələ təzə-təzə çıxmağa başlayanda mənimlə evləndi. Ərim saqqalımı sevir və indi bizim qızımız, oğlumuz və 6 nəvəmiz var. Saqqal anam və nənəmdə də vardı, amma qızıma keçməyib. Anam və nənəmin saqqalı məndəki kimi yaraşıqlı olmayıb. Onların saqqalı yalnız 15 santimetr uzanardı".

Qazaxıstan sakininin sözlərinə görə, o, 25 yaşından başlayaraq saqqalını uzatmağa başlayıb və buna görə də heç zaman peşman olmayıb.

Qadına görkəminə görə bir çox yerlərə, o cümlədən qonşu Özbəkistana səyahət etdiyi zaman rastına çıxan hər kəs ona hörmət edir. İnsanlar öz qohumlarına, tanışlarına saqqallı qadını göstərmək üçün onun fotosunu çəkirlər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm