Bilgi.az
Simasız doğulan uşağa yardım ediləcək – FOTOLAR
Üç yaşlı Mərakeşli Yəhya Əl Cabali anadangəlmə qüsurla doğulub.
Körpə doğularkən nə gözü, nə də üst çənəsi olub. Onun simasında burun əvəzi iri bir dəlik var. Körpə ana bətnində olarkən üz-çənə sümüklərinin formalaşmasında qüsur yaranıb.
Bütün bunlarla belə, Yəhya sağ qala bilib. Valideynlərinin göstərdiyi qayğı və dəstək sayəsində Yəhya sağlam və xoşbəxt ailədə böyüyüb. Zavallı uşaq hara getməyindən asılı olmayaraq, hər yerdə üzünü gizlətməli olur. Üz-çənə qüsuruna görə körpə danışa da bilmir.
Yəhyanın atasının dostu uşağın əhvalatını "Facebook" sosial şəbəkəsində bölüşərək insanlardan kömək istəyib. O, uşağın normal həyata qayıtması üçün üzünü tibb işçilərinə tutub.
Uşağın səsinə isə xərçəng xəstəliyini yenən Fatima Baraka gəlib. O deyib: "Yəhya mənim ürəyimə girib... Mən bu oğlanı o qədər sevirəm ki".
Yəhyanın simasının bərpa olunması üçün Fatima cərrah axtarışına çıxıb. O, Banqladeş əsilli Trişna və Krişna siam əkizlərini ayıran cərrah Toni Holmsa müraciət edib.
Ağır riskə baxmayaraq, həkim Holms balaca Yəhyanı əməliyyat etməyə razılıq verib. Həkim Holms deyib: "Biz onu əməliyyat etməsək, Yəhya ölən deyil. Lakin əməliyyat etsək, ölə bilər".
Bu ilin dekabrında Yəhyaya üz əməliyyatı ediləcək. Əməliyyatın uğurlu keçəcəyi halda Yəhyanın danışa biləcəyi də ehtimal olunur.
Nura
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ