• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Həyatına görə ayağından imtina etdi – FOTOLAR ,VİDEO

  • Maraqlı
  • 29 Sentyabr 2014 15:55
  • 681 Baxış
Həyatına görə ayağından imtina etdi – FOTOLAR ,VİDEO

Dağa qalxan 26 yaşlı alpinist nə zamansa "127 saat" filminin qəhrəmanı Aron Ralstonun taleyini yaşayacağını ağlına belə gətirə bilməzdi.

"127 saat" filminin süjeti təkrar olunur: Tsenolu Şadrak Rasellonun ayağı qaya arasında qaldığından o, sağ qalmaq üçün ayağı ilə vidalaşmalı olub. Gənc oğlan 50 saat qaya arasında qaldıqdan sonra bu qərara gəlib. Hadisə Cənubi Afrikada baş verib.

Qaya arasında ilişib qalan alpinist mobil telefon ilə yardım istəyib. Xilasedicilər 26 yaşlı Rasellonu tapmaq üçün 6 vertolyot və 100 qəza xidməti işçisindən istifadə edib.

Gənc oğlan "müqəddəs su" üçün dağa qalxıb. Qalxarkən onu ilan sancıb və alpinist iki qaya arasına yuvarlanıb.

Köməyə gələn xilasedicilər oğlanı susuzluqdan can verdiyini, lakin huşunun yerində olduğunu seziblər. O, xilası üçün yeganə çıxış yolunun ayağının kəsilməsi olduğunu dərk edib. Alpinist xilasedicilərə deyib: "Əgər ayağımı kəsə bilirsinizsə, kəsin. Təki məni buradan xilas edin".

Hazırda xəstəxanada yerləşən kişinin vəziyyəti stabildir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR