Bilgi.az
Prezidentin dəbdəbəli malikanələri – FOTOLAR
Rusiya Prezidenti Vladimir Putinin ölkənin müxtəlif yerlərində 20-dən artıq dəbdəbəli malikanəsi var.
Axar.az xəbər verir ki, Putin bu göstəriciyə görə yalnız Şimali Koreya liderindən geri qalır.
Putinin Krasnodar diyarında dəyəri 1 milyard dollar olan malikanəsi var. 68 hektarlıq ərazidə yerləşən malikanənin ona aid olduğunu Putin inkar etsə də, Rusiyada hər kəs mülkün ona və Alina Kabayevaya məxsusluğundan danışır. Malikanənin Putinə aid olduğunu göstərən sənədləri ictimailəşdirən müxalifətçi Boris Nemtsov 15 sutka həbs cəzasına məhkum edilib.
Putinin digər bir malikanəni isə Soçi Qış Olimpiyadasının tikintiləri zamanı inşa etdirib. "Lunaya-Polyana" adlanan malikanənin ərazisi 105 hektardır. Tikinti zamanı ərazi "Biosfer" elmi araşdırmalar mərkəzinin balansında olduğu üçün inşaat işləri bir müddət dayanıb. Daha sonra ərazi Rusiya Prezidentinin İşlər İdarəsinin balansına verilib. "Rossneft" şirkətinin prezidenti İqor Seçinin sifarişi ilə tikinti işləri davam etdirilib. Malikanənin dəyəri 70 milyon dollardır.
Putin daimi olaraq Moskvanın 30 km-də, Rublevkdə yerləşən malikanəsində yaşayır. Burada o, əsasən şəxsi görüşlərini keçirir.
Putinin digər bir malikanəsi isə Sankt-Peterburqda yerləşir. 200 milyon dəyərində olan və 140 hektar ərazidə yerləşən bu malikanəni Putin üçün ölkənin bir neçə neft-qaz şirkəti birgə tikdirib.
Putin, adətən, yay tətilini Soçidə yerləşən "Boçarov axını" adlanan malikanəsində keçirir. Burada bir vertolyot meydançası, yaxta, iki hovuz və idman zalı var.
Putinin dəbdəbəli malikanələrinin fotolarını təqdim edirik:
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...