Yeni sosial şəbəkə sürətlə populyarlaşır
Bizi izləyin

Bilgi.az

Yeni sosial şəbəkə sürətlə populyarlaşır

İstifadəçilərin "anti-Facebook" adlandırdığı yeni "Ello" sosial şəbəkəsi internet məkanında sürətlə populyarlaşır.

Məşhur "Facebook" şəbəkəsinin antipodu kimi yaradılan "Ello"-nun (www.ello.co) başlıca prinsipləri reklamın olmamasında və istifadəçilərin şəxsi həyatının toxunulmazlığındadır. "Demək olar, hər ikinci sosial şəbəkə reklamçıların nəzarətindədir.

Sizin arxanızda onlar çoxlu casus proqramlardan istifadə edirlər ki, etdiyiniz hərəkətlərin hamısını qeydə alsınlar. Sonradan məlumatlar hərracdan reklamçılara və informasiya agentlərinə satılır", - məlumatda deyilir. "Ello"-da akkauntu yalnız şəbəkə istifadəçilərindən birinin dəvəti, eləcə də müraciət göndərməklə açmaq mümkündür.

"AsiaOne" nəşrinin məlumatına görə, "anti-Facebook"a məhdud təklifin və yüksək tələbatın olması ilə əlaqədar olaraq "eBay" internet mağazasında şəbəkəyə dəvətlər saatı 500 dollara satılmağa başlayıb, həmçinin ötən həftə akkauntun alınması üçün sorğuların sayı saatda 35 minə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm