Yanğınsöndürənlər alovlar içinə atılıb qurbağanı xilas etdilər - FOTO
Bizi izləyin

Bilgi.az

Yanğınsöndürənlər alovlar içinə atılıb qurbağanı xilas etdilər - FOTO

ABŞ-ın Texas ştatında yanğınsöndürənlər çağırışa gələrkən alova bürünmüş binanın içinə daxil olublar, lakin heç kimi tapmayıblar.

Publuka.az "The York Dispatch" qəzetinə istinadla xəbər verir ki, əvəzində yanan mənzilin sahibi Ceymi Uilson yanğınsöndürənlərdən onun ev heyvanını xilas etməyi xahiş edib.

Xilasedicilər yenidən alova bürünmüş evə daxil olublar. Onlar Ceymi Uilsonun sevimli ev heyvanını- çöl qurbağasını otaqlardan birində olan akvariumda aşkarlayıblar.

Qurbağa xilas edilib və sahibinə verilib.

Yanğınsöndürənlərin briqadiri Riçard Harrison deyib ki, praktikasında ilk dəfədir ki, qurbağa xilas edib. Buna qədər o, alovlar içindən ənənəvi ev heyvanlarını- itləri, pişikləri xilas edibmiş.

Yanan evə isə 60 min dollarlıq ziyan dəyib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm