Arvadından qaçmaq üçün tunel qazdı
Bizi izləyin

Bilgi.az

Arvadından qaçmaq üçün tunel qazdı

Lağımı, adətən, həbsxanadan qaçmağa çalışan dustaqlar atır. Lakin İrlandiya sakini öz evində tunel qazıb. O, arvadından qaçmaq istəyirmiş.

Belə ki, irlandiyalı santexnik Petsi Kerr yerli pivəxanaya getmək üçün öz çarpayısının altından lağım atıb. Gizli tunel sayəsində düz 15 il Petsi 250 metrlikdə yerləşən pivəxananı ziyarət edə bilib.

Tunel mövcudluğu isə təsadüf nəticəsində aşkar edilib. Yeraltı tunel qonşu evin kanalizasiya borusunun dağılmasına səbəb olub. Buna görə kişi məhkəmədə çıxış edərkən həqiqətləri açıb ortaya tökməli olub.

Məhkəmə dinləməsi zamanı Petsi etiraf edib: "Mənim arvadım dəhşətli dərəcədə möhkəm xoruldayır və bərk yatır. 1994-cü ildə kinoteatrda "Şouşenkdən qaçış" filmini izlədikdən sonra mən də yeraltı tunel qazmağa qərar verdim. Arvadım yatdıqdan sonra mən pivəxanaya doğru tunel qazmağa başladım".

Santexnik tunelin qazılması üçün müxtəlif alətlərdən istifadə edib. Əvvəl işə qaşıqla başlayan kişi arvadının çarpayısı altından tuneli dərinləşdirdikcə bel, çəkic, külüng kimi alətlərdən istifadə edib.

İşi bitirmək üçün kişi düz 15 ilini sərf edib. 2009-cu ildə tunel pivəxananın qadın ayaqyolunadək uzanıb və kişi oradan da pivəxana ərazisinə çıxa bilib. Bundan sonra Kerranın həyatı cənnətə çevrilib. Arvadı hər axşam saat 11-də yatdıqdan sonra kişi rahatlıqla tunel vasitəsilə pivəxanaya gedir və yalnız səhərə yaxın evə qayıdırmış.

Arvadı ərindən gələn iy barəsində soruşduqda isə kişi bunun təbii qoxu olduğunu bildirib. Pivəxananın sahibi də Kerradan şübhələnməyə başlayıb. O, qəfildən peyda olur və səhərə yaxın qadın ayaqyolundan yoxa çıxırdı.

Tunel yalnız qonşunun şikayəti əsasında aşkar edilib. Petsi tunel qazıntıları zamanı qonşunun kanalizasiya borusunu zədələyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm