Əhməd Davudoğlu “Kurtlar Vadisi Pusu”da – VİDEO
Bizi izləyin

Bilgi.az

Əhməd Davudoğlu “Kurtlar Vadisi Pusu”da – VİDEO

Oktyabrın 2-də "Kanal D"-də yayımlanacaq Türkiyənin ən çox izlənilən serialı "Kurtlar Vadisi Pusu"nun 232-ci bölümündə İŞİD-in girov götürdüyü 49 türk diplomatının azad olunması, Türkiyənin baş naziri Əhməd Davudoğlunun onları qarşılamağa gəlməsi və Türkiyə gündəmində baş verən digər hadisələrin oxşarı təkrarlanacaq.

Publika.az-ın məlumatına görə, artıq "Kurtlar Vadisi Pusu"nun 232-ci bölümünün anonsu yayılıb.

Yuxarıda sadalanan məqamların sabah efirdə yayımlanacaq buraxılışda nümayişi gözlənilir.

Xatırladaq ki, bu il iyunun 11-də Türkiyənin Mosuldakı konsulluğunun 49 əməkdaşı İŞİD terrorçuları tərəfindən girov götürülmüşdü. Həmin girovlar sentyabrın 20-də azad olunublar.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm